Yuxarı

"Rusiyadan asılılığımız yoxdur"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Rusiyadan asılılığımız yoxdur"

Bu gün vətəndaş cəmiyyətinin üzvləri Avropa Birliyinin Bakı nümayəndəliyində Avropa Komissiyasının Prezidenti Jose Barozzo ilə görüşüblər. Bu barədə Axar.az-a məlumat verən iqtisadşı Vüqar Bayramov görüşdə müxtəlif iqtisadi və siyasi məsələlərin müzakirə edildiyini bildirdi:

"Görüş Çərtam Hauz prinsipi ilə keçirildiyi üçün müzakirə edilən məsələlərlə bağlı hər hansı məlumat verməyimiz mümkün deyil. Bununla belə, görüşdə mən iqtisadi və eləcə də diverfikasiya məsələlərinə toxundum. İqtisadi diverfikasiya yalnız iqtisadi inkişafın daha dayanıqlığa nail olunması deyil, eyni zamanda avro-inteqrasiya baxımdan vacibdir".

V.Bayramov bu aspektdən elektron hökumətin təşkili ilə bağlı islahatların davam etdirilməsini əhəmiyyətli sayıb. Onun fikrincə, Dünya Ticarət Təşkilatına üzvlüyün də sürətləndirilməsi zəruridir.

"Görüşdə eyni zamanda bir sıra ekspertlərin Azərbaycanın Rusiyadan maliyyə və ya iqtisadi asılılığının olması fikiri ilə razılaşmadığımı bildirdim. Rusiyada yaşayan həmyerlilərimiz il ərzində ölkəmizə 1 milyard dollar vəsait göndərir. Bu, Azərbaycanın Ümumi Daxili Məhsulunun 1,5 faizindən də azdır. Bu baxımdan, ölkəmizdə "remitənsi asılılığı" problemi yoxdur".

Tarix
2014.06.14 / 20:44
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla