Yuxarı

Dollar ucuzlaşır; neft bahalaşacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birjalardan gələn məlumatlar İraqda baş verən məlum hadisələrin yapon iyeninin və İsveç frankının bahalaşmasına gətirib çıxardığını göstərir.

Axar.az "Röyter"ə istinadən xəbər verir ki, hər iki valyuta son 5 ildə dollara nəzərən ən yüksək həddinə çatıb.

Bu gün səhərə olan məlumatlara görə, avro dollar qarşısında ucuzlaşaraq son 4 ayın ən aşağı həddinə düşüb. "Bank of England"ın yaydığı hesabatda hazırda 1 Britaniya sterlinqinin son 5 ilin ən yüksək həddinə çatdığı və 1,7 dollara satıldığı deyilir.

Ümumilikdə dollar və avro 0,2 faiz ucuzlaşıb. Əvvəllər 1 dollar 102,80 iyen idisə, indi 1 dollar 101,80 iyenə dəyişdirilir. Ekspertlər bu rəqəmlərin ayın sonuna qədər 101,60-a düşəcəyini proqnozlaşdırır.

1 avro əvvəllər 137,705 yapon iyeninə satılırdısa, hazırda bu rəqəmin də 0,2 faiz aşağı düşdüyü və 137,73 iyendə dayandığı deyilir.

Bu tipli proseslərdə ucuzlaşma müşahidə edilən İsveç frankı isə öz mövqeyini qoruyub saxlaya bilib. Rəsmi məlumatlara görə, hazırda 1 dollar və 1 avro öz növbəsində 0,8995 və 1,2180 İsveç frankına bərabərdir.
Avropa Mərkəzi Bankı (AMB) avronun dollar qarşısında ucuzlaşmasının da qeydə alındığını açıqlayıb. AMB-nin məlumatına görə, bir neçə gün öncə 1,35155 dollara satılan 1 avro hazırda 0,2 faiz ucuzlaşarq 1,3503 dollar olub.

Xatırladaq ki, artıq OPEC də neftin qiymətinin kəskin artacağı ilə bağlı proqnozlarını açıqlayıb. Əsas səbəb kimi isə İraqın Mosul və başqa neft mərkəzlərinin terrorçuların əlinə keçməsi göstərilir.

Tarix
2014.06.16 / 14:40
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla