Yuxarı

Strateji Yol Xəritəsinə dair hesabat: 45 faiz...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 6 faizinin icrası tamamlanıb, 45 faizinin icrası üzrə işlərə başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə dair hesabatda deyilir. Bildirilir ki, Azərbaycan Respublikasında logistika və ticarətin inkişafı istiqamətində bir sıra işlər görülüb. Belə ki, Ələt Azad Ticarət Zonasının yaradılması ilə əlaqədar bir sıra investorların cəlb edilməsi istiqamətində işlər görülüb, ilkin olaraq Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkəti ilə danışıqlar aparılıb. Eyni zamanda, logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi istiqamətində avtomobil yollarının və bu yollardakı körpülərin, qurğuların və suötürücü boruların ağır yüklərə qarşı etibarlığının və prioritet marşrutlarda yük hədlərinin artırılması məqsədilə reabilitasiya layihələrinin hazırlanması üçün müvafiq norma və standartlar hazırlanıb.

Azərbaycanda yükdaşıma və yükaşırma xidmətlərinin təkmilləşdirilməsi istiqamətində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində limanın avadanlıqlarla təminatı məqsədilə 6 portal kranın sifarişi verilib, limanın tikintisinin ilkin baş planı üzrə ekspertlərlə birgə optimallaşdırma aparılıb və layihəyə dəyişiklik edilərək yükaşırma potensialı 10 milyon ton və 50 min TEU-dan 15 milyon ton və 100 min TEU-ya çatdırılıb.

Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə təhlillərin aparılması yükgöndərən (yükalan) və nəqliyyat operatorları (ekspeditorlar) ilə dəmir yolu arasında operativ və çevik əlaqələrin yaradılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırılmış İdarəetmə Sistemi yaradılıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində 8,3 kilometr uzunluğunda “Astara Azərbaycan-Astara İran” yeni dəmir yolu xəttinin və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikinti işləri başa çatdırılıb. Dəmir yolu körpüsündən İran ərazisində tikiləcək dəmiryol stansiyasına və yük terminalına qədər (İran İslam Respublikasının ərazisində) 1,4 kilometrlik hissənin 500 poqonmetr dəmir yolu xətti çəkilib.

Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının ərazisinin daxil olduğu azad ticarət zonasının hüquqi rejiminin hazırlanması üzrə cəlb olunmuş beynəlxalq məsləhətçi şirkət tərəfindən “Azad zonalar haqqında” Azərbaycan Respublikası qanununun ilkin versiyası hazırlanaraq hökumətə təqdim edilib. Logistika sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Azərbaycan Texnologiya Universiteti arasında cari ilin aprel ayında kadr hazırlığı üzrə memorandum imzalanıb və cəmiyyət tərəfindən universitetdə logistika laboratoriyası yaradılaraq tələbələrin istifadəsinə verilib.

Tarix
2017.10.02 / 18:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla