Yuxarı

Bakıda beynəlxalq neft sammiti başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Argus" beynəlxalq qiymət agentliyinin baş tərəfdaş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə keçirdiyi beynəlxalq neft sammiti işə başlayıb.

Report xəbər verir ki, 2 gün davam edəcək tədbir Xəzər regionunda əsas görüşlərdən biridir və beynəlxalq neft, nəqliyyat, ticarət, neft emalı, neft-kimya şirkətlərinin, profil nazirliklərin 250-dən çox rəhbərini, həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Türkmənistan, İran, İsveçrə, BƏƏ, Qazaxıstan, Böyük Britaniya, Rumıniya, Ukrayna, Türkiyə və digər ölkələrin dövlət orqanlarının nümayəndələrini bir araya gətirib.

Sammit iştirakçıları neft və neft məhsullarının, neft-kimya məhsullarının ixracı üçün logistik marşrutların inkişaf xüsusiyyətlərini, Xəzəryanı ölkələrin bazarlarında baş verən dəyişiklikləri nəzərdən keçirəcək, nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi məsələlərini, eləcə də qaz layihələrinin inkişafı xüsusiyyətlərini müzakirə edəcəklər.

Sammit çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayevin, "Argus"un Rusiya, MDB və Baltikyanı ölkələrdəki rəhbəri Vyaçeslav Mişenkonun, "Argus Media Group"un əməliyyat direktoru Filip Şounun, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki regional prezidenti Heri Consun, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun, Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovun, Gürcüstanın energetika nazirinin müavini Romeo Mikautadzenin, eləcə də Azərbaycanın və xarici ölkələrin neft və logistik strukturlarının nümayəndələrinin hesabatla çıxış edəcəyi gözlənilir.

Tarix
2017.10.12 / 10:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla