Yuxarı

Tütün və spirtli içkilər nə qədər bahalaşacaq? - Vahid Əhmədov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda aksiz vergisi artırılarsa, o zaman tütün və alkoqollu içkilərin qiyməti də qalxacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin aksiz vergisinin dərəcələrinin dəyişdiriləcəyi ilə bağlı açıqlamasını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkilinin sözlərinə görə, tütün və spirtli içki məhsullarının vergiləri artırıla bilər:

“Ümumiyyətlə, ötən ilin sonunda bu məhsullarla bağlı Vergi Məcəlləsində bəzi dəyişikliklər etmişdik. Bu baxımdan da hesab edirəm ki, tütün və içki məmulatlarının aksiz vergiləri dəyişə, yəni artırıla bilər.

Birincisi, bu məhsullar əhalinin ilkin zəruri məhsulları deyil. İkincisi isə idxalda müəyyən şəffaflıq var. O üzdən həmin məmulatların qiymətinin qalxması gözləniləndir və hansısa ciddi bir problemin yaranacağını da düşünmürəm”.

Deputat bildirib ki, tütün və içki məmulatlarının vergiləri əsasən aksiz vergiləri və Vergi Məcəlləsindəki müəyyən qanunlarla tənzimlənir:

“Çox güman ki, Milli Məclisə müraciət olunduqdan sonra parlamentdə bu məsələyə baxılacaq və dəyişiklik də bundan sonra tətbiq olunacaq”.

Bahalanşmanın hansı həddə olacağına gəlincə, millət vəkili bildirib ki, qiymətlər birdən-birə bahalaşmayacaq:

“Bazarda diaqnostika aparılacaq, bazarın ümumi vəziyyətinə, tələb-təklifə, xüsusən də əhalinin tələbatına baxılacaq və araşdırılma aparıldıqdan sonra qiymətlərin dəqiq nə qədər qalxacağı bilinəcək”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hökumətin aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə etdiyini açıqlayıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır:

“Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində biz, ilk növbədə, əhalinin sağlamlığını düşünməliyik. Həmçinin Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var”.

Tarix
2017.10.12 / 11:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla