Yuxarı

Azərbaycanın milli ödəniş sistemi yaradılır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın milli ödəniş sistemi yaradılır

Azərbaycan Mərkəzi Bankı (AMB) milli ödəniş sisteminin inkişaf strategiyasını hazırlayır.

Bunu Mərkəzi Bankın baş direktoru Rəşad Orucov deyib.

"Biz bu strategiyanın layihəsini hazırlamışıq və razılaşdırılması üçün müvafiq strukturlara təqdim etmişik", - deyə Orucov bildirib.

Onun sözlərinə görə, sənəd ölkədə nağdsız hesablaşmaların inkişaf perspektivlərini əks etdirir: "Azərbaycanda bu sahədə kifayət qədər geniş infrastruktur yaradılıb. Strategiya, həmçinin sahənin əlavə stimullaşdırılması üzrə gələcək tədbirləri əhatə edir".

Ölkənin bank bazarındakı mənbə bildirib ki, pensiya, təqaüd, müavinət və ödənişlərin həyata keçirildiyi bütün sosial kartların gələcəkdə bu sistemə keçirilməsi istisna edilmir. Mənbənin sözlərinə görə, bu addım hazırda "Visa" və "MasterCard" beynəlxalq ödəniş sistemlərinin platformalarında buraxılan kartların emissiyası və xidmət göstərilməsi üzrə xərcləri azaldacaq.

Trend

Tarix
2014.06.27 / 09:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla