Yuxarı

Səudiyyə həbsləri neft proqnozunu dəyişdirdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabr ayı ərzində neftin qiyməti 60 dollar ətrafında olacaq.

Bu sözləri Axar.az-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Səudiyyə Ərəbistanında baş verən proseslərdən sonra neftin qiymətinin qalxmasına münasibət bildirərkən deyib. O bildirib ki, Səudiyyədə baş verən proseslərin neftin qiymətinin dəyişməsinə səbəb olması ilk deyil:

“1973-cü ildə Səudiyyə Ərəbistanında taxt-tac uğrunda mübarizə zamanı da neftin qiyməti belə artmışdı. O zaman da krala öz xalası oğlu sui-qəsd təşkil etmişdi. 40 ildən sonra ilk dəfədir ki, Səudiyyədə kral taxt-tacı ətrafında belə bir təlatüm yaşanır. Bundan görünən isə odur ki, kral Salman oğlu Məhəmməd üçün sadəcə siyasi müstəvini təmizləyir. Ona görə də müxtəlif radikal addımlar atır. Neftin qiyməti bu proseslərdən sonra sadəcə 2 gün ərzində 5 dollara qədər qalxıb. Bu proseslər baş verməmişdən öncə qiymət 60.6 dollar idisə, dünən artıq 64.5 dollara qədər yüksəldi. Əlbəttə ki, dünyanın ən böyük neft hasilatçısı, ixrtacatçısında gedən proseslər birjalara, treyderlərə təsirsiz ötüşə bilməzdi. Çünki hər zaman neft amilində siyasi məsələlər xüsusi rol oynayır. Qeyd edim ki, neft sabitliyi sevən bir xammaldır. Neft barədə hansısa fikir söyləmək üçün stabil, təhlükəsiz logistika lazımdır. Ona görə də bu proseslər bu və ya digər şəkildə neftin qiymətlərinin artmasına gətirib çıxartdı. Təbii ki, vəziyyət stabilləşəndən, Səudiyyədə baş verən proseslər normallaşandan sonra neftin qiyməti aşağı düşəcək”.

Ekspert qeyd edib ki, noyabr ayı ərzində neftin qiymətində azalmalar olmayacaq:

“Çünki noyabrın sonunda OPEK ölkələrinin cari il üçün Vyanada sonuncu illik konfransı keçiriləcək. Burada əsas məsələ 2018-ci ilin martından sonra OPEK və OPEK-ə daxil olmayan neft ixracatçısı ölkələrinin hasilatın indiki və ondan daha aşağı səviyyəyə endirilməsini müzakirə edilməsi olacaq. Bu məsələdə Səudiyyə OPEK-in başında duran, Rusiya isə qeyri-OPEK ölkələrinin lideri kimi əsas ilhamverici qüvvədir. Ona görə bazara verilən obyektiv siqnallar, Səudiyyədə baş verən siyasi amillər artıq bu prosesin başlandığını göstərir. Ancaq burada real faktorlar da var. Bir müddət öncə “Saudi Aramco” şirkəti də hasilatı kifayət qədər azaldacağını qeyd etmişdi. Bu da bazarlara obyektiv təsir edən faktorlardan biridir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında baş verən proseslərdən sonra neftin qiyməti son iki ildə ilk dəfə 64 dolları ötüb.

Tarix
2017.11.07 / 15:01
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

Prezident onu nazir müavini təyin etdi

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla