Yuxarı

ARDNŞ son bir aya 25 milyon pulumuzu yandırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ARDNŞ son bir aya 25 milyon pulumuzu yandırdı

Avqustun 17-də "Bulla-dəniz" qaz yatağında 90 saylı quyuda başlayan yanğın hələ də davam edir.

Sentyabrın 3-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qaz quyusunun xilas edildiyini bildirsə də, ARDNŞ və FHN-in yanğının söndürülməsi istiqamətində fəaliyyəti nəticə verməyib.

Xatırladaq ki, yanğın ocağının suvarma yolu ilə basdırılmasında FHN-in 6 gəmisi iştirak edib. Alov güclü olduğundan, gəmilər hədəfə yaxınlaşa bilməyib və bu da yanğının söndürülməsinə imkan verməyib. Yataqdan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaradıb.

Sentyabrın 16-da Rövnəq Abdullayevin verdiyi açıqlamaya görə isə, Hali Bolter şirkəti hələ bundan sonra avadanlıqları sıxılmağa qarşı yoxlayacaq. Quyunun ağzı təmizlənəndən sonra həmin avadanlığın quyunun üstünə qoyulması prosesi başlayacaq. Quyudakı yanğının "məşəl" - raket zərbəsi ilə qarşısını almaq təklifi isə qəbul edilməyib. ARNDŞ yatağı itirmək istəmir və təkrar hasilata ümid edir.

"Regnum" agentliyi Rövnəq Abdullayevə istinadən bildirib ki, SOCAR neqativ nəticələrin qarşısını almaq üçün platformada qaz fontanı zamanı yanğını özü törədib.

Neftçilərin hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, Rövnəq müəllim ancaq ona çatdırılan məlumatı açıqlayır. Platformada yanğın qazma işi aparan mütəxəssislərin təcrübəsizliyi ucbatından baş verib.

Mirvari Qəhrəmanlı ilə telefon əlaqəsi saxladıqdan sonra o, ekspert rəyini öyrənərək bəzi detallara aydınlıq gətirib.

1. Fontanın qarşısını almaq mümkün olmadıqda maili quyu qazmaqla həmin fontanın-yanğının qarşısını almaq mümkündür. Ancaq 90 saylı quyuda hal-hazırda bu üsuldan istifadə edilmir. Bu metod vaxt və çox xərc aparır.

2. ARNDŞ-in yanğını özü törətməsi ilə bağlı məsələdə R.Abullayevin açıqlaması düzgün başa düşülməyib (ola bilsin ki R.Abdullayev fikrini çatdıra bilməyib). Mirvari xanımın məlumata görə, 90 saylı quyuda əvvəllər yanğını söndürməyə nail olublar, lakin qısa vaxt ərzində buruq ətrafında çoxlu qaz buludunun (topasının) yaranması və kondensatın ətrafa (dənizə) yığılması səbəbindən yanğının-partlayışın yenidən baş verməməsi üçün ARDNŞ yanğını yenidən planlı şəkildə törədib.

3. Raketlə zərbə məsələsinə gəldikdə, alovu şaquli istiqamətə yönəltmək üçün (quyu ağzında avdanlığı məhv etməklə) hərbi texnikadan istifadə olunur. 90 saylı quyuda elə məhz bu məqsədlə hərbi texnikadan istifadə olunub. İlkin cəhdlər uğursuz olub, lakin sonra müsbət nəticə əldə olunub ki, sonradan mütəxəssislər quyunun ağzına kimi yaxınlaşa biliblər.

ARNDŞ-ın hesablamalarına görə, gün ərzində itirilən qaz 2,5-3 milyon kubmetr həcmindədir. Xaricə ixrac olunan Azərbaycan qazının 1000 kubmetrə görə ortalama qiymətinin 250 dollar olduğunu nəzərə alsaq, demək, hər gün 750 000 dollar pulumuz yanır.

Məlumat üçün qeyd edək ki, ekspert Qubad İbadoğlu gündəlik yanan qazın həcminin 10 milyon kubmetr olduğunu bildirmişdi.

Tarix
2013.09.19 / 12:01
Müəllif
Ramil Qafarov
Digər xəbərlər

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla