Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Vilayət Vəliyev vitse-prezident seçildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, ABŞ-ın Enerji İqtisadçılarının Beynəlxalq Assosiasiyasının (IAEE) Rəyasət Heyətinin üzvü, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev qurumun regional məsələlər üzrə vitse-prezidenti seçilib.

Axar.az İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutuna istinadən xəbər verir ki, Vilayət Vəliyevin iştirakı və səyi nəticəsində bu il oktyabrın 18-20-də Tbilisidə "Avrasiya məkanın enerji təhlükəsizliyi və investisiya imkanları: regional enerji ticarəti və bazarın inkişafı" və 2019-cu il oktyabrın 17-19-da Astana şəhərində "Mərkəzi Asiyanın qabaqcıl potensialı: Mərkəzi Asiya qlobal enerji təhlükəsizliyinə necə töhfə verə bilər?" mövzularında III və IV IAEE Avrasiya konfranslarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, V.Vəliyev MDB məkanında ilk dəfədir ki, belə yüksək vəzifəyə seçilir. İnstitutun direktoru uzun müddətdir qurumla əməkdaşlıq edir. Ötən il qurumun Rəyasət Heyətinin üzvü seçilib, IAEE-nin Şərqi Avropa və MDB üzrə fəaliyyətinin genişləndirilməsində fəal iş aparıb, əhəmiyyətli töhfə verib. V.Vəliyev 2016-cı il avqustun 28-31-də Bakıda və 2017-ci il oktyabrın 12-14-də Zaqreb şəhərində IAEE-nin I və II Avrasiya konfranslarının keçirilməsində əsas təşkilatçılarından olub.

Xatırladaq ki, dünyada enerji sahəsində peşəkar mütəxəssislərdən ibarət platforma rolunu oynayan IAEE beynəlxalq cəmiyyətdir və 1977-ci ildə təsis edilib. Qurumun təsis edilməsinin əsas səbəbi 70-ci illərdəki enerji böhranıdır. Belə ki, həmin dövrdə enerjiyə olan tələb və təklifin qısa və uzunmüddətli məsələləri, enerji iqtisadiyyatlarının mühüm problemləri və bu sahədə biliklərin son dərəcədə məhdud olmasının aşkarlanması IAEE-nin təsis edilməsi üçün ideya olub.

Dünyanın 100-dən çox ölkəsindən olan enerji mütəxəssisləri və iri şirkətlərini birləşdirən, peşəkar enerji mütəxəssisləri üçün məlumat və ideyaların mübadiləsi, yüksək keyfiyyətli tədqiqat, sahəvi inkişaf və potensialın artırılması imkanlarını təbliğ edən qurumun yüksək reytinqə malik "The Energy Journal", "Economics of Energy and Enviromental Policy" kimi nüfuzlu dövrü elmi nəşrləri hazırlanır, hər il enerji sektorunun aktual məsələlərinə dair onlarla konfrans, seminar və digər elmi-praktik tədbirləri keçirilir.

Tarix
2018.01.08 / 18:34
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ neft nəhənglərinə savaş açır

BirKart-dan 30%-dək Cash Back imkanı!

Mərkəzi Bank yeni məzənnəni açıqladı

Dünya birjalarında neftin qiyməti

Bezosun sərvəti 141 milyardı keçdi – Yeni reytinq

Gürcüstandan avtomobil idxalı artıb - Hesabat

Türkdilli ölkələr vahid gömrük zonası yaradır

FES-in qərarı: dollar sürətlə möhkəmlənir – Ekspert

Azərbaycanda bu şəxslərin maaşı artdı

Azərbaycanda bu məhsulların istehsalı artıb

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla