Yuxarı

Neftin qiyməti niyə artır? – Vahid Əhmədov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar dünya bazarında neftin qiymətinin bahalaşması ABŞ-da neft ehtiyatlarının azalması ilə əlaqədardır.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, bütün bunları nəzərə alan ABŞ Prezidenti Donald Tramp da məhz buna görə neft üçün mənfəət vergisini kəskin azaldaraq 35 faizdən 21 faizə saldı:

“Son zamanlar dünya bazarında neftin qiymətinin bahalaşması ABŞ-da neft ehtiyatlarının azalması ilə əlaqədardır. Məhz buna görə də Amerika hələlik bazara neft çıxarmır. Əgər ABŞ müəyyən müddətdən sonra şist neftini bazara çıxararsa, onda bu, neftin qiymətinə təsirsiz ötüşməyəcək”.

Millət vəkili neftin bahalaşmasının digər bir səbəbinin isə ümumi razılaşmalarla bağlı olduğunu bildirib:

“OPEK və qeyri-OPEK ölkələri iyul ayına qədər neft hasilatını artırmayacaqlar. Bu da neftin qiymətinin müəyyən qədər artmasına səbəb olur. Əgər proses davamlı olarsa, marta qədər neftin qiymətində ciddi dəyişiklik baş verməyəcək. Ancaq bu vaxta qədər 1-2 dollar artım istisna edilmir”.

Qeyd edək ki, hazırda VTİ neftinin qiyməti 1 barrelinin dəyəri 64,30 dollar, “Brent” markalı neftin 1 barrelinin dəyəri isə 69,87 dollardır.

Tarix
2018.01.14 / 10:22
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla