Yuxarı

Bu bankların bağlanma təhlükəsi var – Siyahı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu bankların bağlanma təhlükəsi var –

Bank sektorunun ən aktual mövzularından biri də bankların məcmu kapitalının 50 milyon manat olmasıdır. Mərkəzi Bankının İdarə Heyəti hələ 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalını 50 milyon manatadək artırılması ilə bağlı tələb irəli sürmüşdü. Mərkəzi Bank 2013-cü ilin sonuna qədər ölkədəki banklara məcmu kapitalını 50 milyon manata qədər artırmaq üçün vaxt vermişdi. Daha sonra qoyulan vaxt 2015-ci ilin yanvarın 1-nə qədər uzadıldı.

Axar.az xəbər verir ki, Mərkəzi Bankın bu qərarında əsas məqsədi daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankların öz maliyyə dayanıqlığını təmin etməsi, bankların ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara biləcək mümkün zərərlərdən qorunması və əmanətçilərin və investorların bank sisteminə etimadını artırmasıdır.

İqtisadçılar hesab edir ki, Mərkəzi Bankın məcmu kapitalla bağlı banklara qoyduğu vaxt 2015-ci ildə bitsə də, banklara güzəşt məqsədilə həmin vaxt qeyri-müəyyən vaxta qədər uzadılıb. Lakin vaxtın hansı günə qədər uzadıldığı məlum olmasa da, Mərkəzi Bankın güzəşt limitinin də sonsuz olmadığı bəllidir.

2017-ci ilin nəticələrinə görə, nizamnamə kapitalını 50 milyon manata qaldıra bilməyən banklar bunlardır:

NBC Bank - 45 065

Günay Bank - 43 529

Ziraat Bank - 40 117

Bank Avrasiya - 37 699

Bank Melli İran - 36 587

Pakistan milli bankı - 10 213.

Qeyd: NBC Bank 2018-ci ilin ilk ayında nizamnamə kapitalını 67 milyona qaldırıb.

Tarix
2018.02.02 / 15:56
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla