Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Fevral 2019


ABB-nin rəhbərliyində kadr dəyişikliyi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) rəhbərliyində kadr dəyişikliyi baş verib.

Bankdan Axar.az-a verilən məlumata görə, Emil Əmirov ABB-də informasiya texnologiyaları üzrə baş direktor vəzifəsinə təyin edilib. Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik E.Əmirov Bankda elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

Bank sektorunda 2003-cü ildən fəaliyyət göstərən E.Əmirov Azərbaycan Mərkəzi Bankının bölmə rəhbəri, “MilliKart” prosessinq mərkəzinin icraçı direktorunun müavini, AtaBank ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Son təyinata qədər isə “Azərbaycan Beynəlxalq Bankı”nın törəmə müəssisəsi olan “Azərikard” prosessinq mərkəzinə rəhbərlik edib. Emil Əmirov “Azərbaycan Beynəlxalq Bankı”nın informasiya texnologiyaları üzrə baş direktoru vəzifəsində Cəlal Orucovu əvəzləyib.

“Azərikard” prosessinq mərkəzinin baş direktoru vəzifəsinə isə Fərid Quliyev təyin olunub. Fərid Quliyev son təyinata qədər müxtəlif maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.

ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2018.02.14 / 09:26
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

SOCAR-ın yeni zavodu ixracı nə qədər artıracaq? - Açıqlama

Tiflis yenə Bakı qazı ilə alver edir

“Unibank”dan təqaüdçülər üçün kredit kampaniyası

Dünya birjalarında neftin qiyməti

Bu, ixrac imkanlarımızı artıracaq - Ekspert

Ər-Riyad neftin qiymətini qaldırmağa başladı

Nazir Azərbaycanda bahalaşmadan danışdı

“Fiç”dən Azərbaycanla bağlı proqnoz

Ötən ay neftdən nə qədər qazanmışıq? - Statistika

Vergilər Nazirliyi Bakıda forum keçirir

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla