Yuxarı

Daha bir ölkə Cənub Qaz Dəhlizinə qoşulur

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Qaz Dəhlizi işlər əvvəlcədən proqnozlaşdırıldığı kimi gedir.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi strateji əhəmiyyətə malikdir və bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edəcək layihələrdən biri olacaq:

“Avropanın bu sahədə strategiyası həyata keçirilməyə başlayandan bəri Cənubi Avropa ölkələrinin də bu layihələrə qoşulması üçün işlər aparılır. Biz çox məmnunuq ki, Bolqarıstan və Rumıniya interkollektorlar vasitəsilə bu layihəyə qoşulmağa qərar verib. Bu layihəyə veriləcək maliyə dəstəklərinə gəldikdə Avropa maliyə strukturları bu istiqamətdə işlər aparır".

Vitse-prezident qeyd edib ki, TANAP layihəsinə ötən il Avropa Yenidənqurma Bankı tərəfindən 500 milyon, Transadriatik layihəsinə isə 1.5 milyard avro kredit ayrılıb: "Bu isə Avropa İttifaqının bu cür layihələrə marağının artdığını göstərir".

Şefçoviç Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşula biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, Türkmənistan rəhbərliyi ilə müntəzəm olaraq görüşlər keçirilir:

"Biz hazırda Türkmənistan qaz ehtiyatlarının Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropaya çatdırılmasını müzakirə edirik. Bu gün türkmən qazının Avropaya çatdırılmasında marağı görürük. Bu istiqamətdə Azərbaycan tərəfinin göstərdiyi səyləri də alqışlayırıq".

Tarix
2018.02.15 / 18:05
Müəllif
İlhamə Əbülfət
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi..

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla