Yuxarı

Sanksiyaların çökdürdüyü banklar dövlətə sığınır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sanksiyaların çökdürdüyü banklar dövlətə sığınır

ABŞ və Avropa Birliyinin sanksiyalarına məruz qalan Rusiyanın "Qazprombank" və "Rosselxozbank" bankları yardım üçün dövlətə müraciət ediblər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetindəki mənbəyə istinadən "Vedomosti" qəzeti yayıb.

Qəzetin məlumatına görə, "Rosselxozbank" hökumətdən 100 milyard rubl istəyib. Bundan başqa bank 8.7 milyard dollar təşkil edən xarici borcların kompensasiyası üçün də pul tələb edib.

Hökumətin bununla bağlı yekun qərarının sentyabrda veriləcəyi bildirilir.

"Qazprombank" da Milli Rifah Fonduna imtiyazlı səhmlərini 40 milyard rubla təklif edib. Bankdan bildirilib ki, hökumətdən yardım istəməkdə haqlıdırlar, çünki onlara qarşı sanksiyalar dövlətin addımlarına görə tətbiq olunub.

Maliyyə Nazirliyi isə banklara yardım etməkdən imtina edir. Nazirlikdəki mənbə qəzetə bildirib ki, banklar sanksiyalardan istifadə edib dövlətin yardımından maksimum yararlanmaq istəyirlər.

Qeyd edək ki, iyulun sonunda Qərb Rusiyanın "Novatek", "Rosneft", "Vneşekonombank", "Qazprombank", "Bank Moskva", VTB, "Rosselxozbank" şirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi.

Tarix
2014.08.07 / 10:25
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla