Yuxarı

Rusiyaya qarşı sanksiyalar Sərkisyanı qorxutdu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya qarşı sanksiyalar Sərkisyanı qorxutdu

Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına da təsir göstərəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Serj Sərkisyan "Armnyus" telekanalına verdiyi müsahibəsi zamanı deyib.

"Rusiya iqtisadiyyatında artım az olacaq, ya olmayacaq və Ermənistan iqtisadiyyatı da Rusiyadan asılı olduğu üçün bizə ciddi təsir göstərəcək. Mən bu versiyanı təkzib edə bilmərəm. Düzdür, bu ancaq versiyadır, amma inandırıcıdır. Bu cür mövzular həmişə ciddi debat və müzakirə predmeti olur. Amma bir tərəfdən də bu, mütləq həqiqət kimi qəbul oluna bilməz", - deyə Sərkisyan bildirib.

Sərkisyanın sözlərinə görə, Rusiyaya qarşı sanksiyalardan danışırlar, amma Moskvanın tədbirlərini unudurlar: "Bu o deməkdir ki, bizim kənd təsərrüfatı istehsalçılarımız üçün Rusiya bazarında əla imkanlar yaranıb. Rica edirəm, kompensasiya edin. Biz insanları həvəsləndirəcəyik ki, onlar daha çox məhsul istehsal etsinlər. Biz bütün imkanlardan yararlanaraq həmin məhsulların Rusiya bazarına çıxmasına şərait yaradacağıq".

Tarix
2014.08.11 / 14:27
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla