Yuxarı

Dollar bahalaşır: AMB-nin sentyabradək qərarı… - Təhlil

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollar bahalaşır: AMB-nin sentyabradək qərarı… -

Son günlər ABŞ dolları dünya bazarında aparıcı valyutalara, o cümlədən avroya nisbətən möhkəmlənməkdədir.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, bir müddət öncə 1 avro almaq üçün 1.24 ABŞ pulu ödəmək lazım idisə, indi Avropanın vahid valyutasının məzənnəsi 1.20-dən də aşağı düşüb:

“ABŞ-da elan edilən iqtisadi göstəricilər fonunda Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsi ilə bağlı əvvəlki artım qərarları, eləcə də Avropa Mərkəzi Bankının uçot dərəcəsini dəyişməz saxlaması və sentyabradək aylıq 30 milyard avroluq qiymətli kağızlar alması (Quantitative easing-QE) prosesinin davam etməsi də qlobal valyuta bazarına təsirsiz ötüşmür. Avropa Mərkəzi Bank pul siyasəti faizini 0%, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənilir”.

İqtisadçının sözlərinə görə, dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə də təsirsiz ötüşmür:

“Hələlik neftin qiymətində kəskin azalmalar müşahidə edilməsə də, “qara qızıl”ın mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir. Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azalması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən də Suriya və İran ətrafında baş verənlər yüksək saxlayır”.

Tarix
2018.05.03 / 10:28
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

İlham Əliyev Slovakiya Milli Şurasının sədri ilə görüşdü

İrəvandakı “qeyri-sabit”liyin Bakı ilə “əlaqəsi”...

Prezidentə yalan deyilib: Türkiyənin siyahısındakı adlar...

Qazaxıstandan AZAL qəzası ilə bağlı ən son məlumat

AB ilə İrəvanın imzaladığı bu sənəd sülh gündəliyinə ziddir - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla