Yuxarı

Neft: Rusiya hər 1 dollara 1,4 milyard itirir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft: Rusiya hər 1 dollara 1,4 milyard itirir

Rusiyanın ixrac etdiyi Ural neftinin 1 barelinin qiyməti bir həftə içində 101 dollardan 96 dollara qədər enib. Bu göstərici Rusiya tərəfinin narahatlığına səbəb olub.

Axar.az xəbər verir ki, 25 iyunda Ural nefti 109,7 dollardan ixrac olunduğu halda, iki ay ərzində olan itki 14 dollara qədər yüksəlib. Brent markalı neft isə 101,5 dollardan ixrac olunur.

Ötən həftə 102,9 dollar qiymətləndirilən Brent markalı neftin dəyəri 30 iyulda 106 dollara qədər yüksəlmişdi. Qeyd edək ki, Rusiya büdcəsinin 50%-ə yaxın hissəsi neft və təbii qaz gəlirlərindən formalaşır.

Rusiya dövlət başçısı Vladimir Putin 2013-cü ildə neftdən 191-194 milyard dollar, təbii qazdan isə 28 milyard dollar gəlir əldə etdiklərini açıqlamışdı. Daha sonra Ukrayna böhranı ilə əlaqədar olaraq sanksiyalar və Uzaq Şərq bazarlarındakı tələbatın azalması neftin qiymətinin düşməsinə səbəb oldu.

2014-cü il üçün neftin qiymətinin gözləntisi 110 dollar ətrafında idi. Ancaq rəqəmlərin qısa bir müddətdə 100 dollardan daha aşağıya düşməsi böyük narahatlığa səbəb olub.

Xatırladaq ki, "Röyter"in məlumatına görə, neftin bir barelində 1 dollarlıq eniş Rusiya büdcəsinin 1,4 milyard dollarlıq itkisindən xəbər verir.

Tarix
2014.08.21 / 10:26
Müəllif
Natiq Azəri
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla