Yuxarı

Vacib olan "gənc kadr" yox, "müasir kadr"dır - Gənc nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi sistemində kifayət qədər dəyərli, professional, bacarıqlı, müasir düşüncəli kadrlar var. Lakin bu, daim yenilənən bir sahədir.

Axar.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında nazirlikdə kadr dəyişiklikləri ilə bağlı danışarkən deyib. Nazirin sözlərinə görə, bu vaxta qədər nazirlikdə heç kim işindən azad edilməyib:

“Sadəcə, yerdəyişmələr olub, bu formada da davam edir”.

Nazirlikdə yeni kadrlara daha çox imkan yaradılması ilə bağlı fikirlərə münasibət bildirən nazir müasir düşüncəli kadrlara önəm verildiyini deyib:

“Bizim leksikonumuzda gənc yox, müasir düşüncəli kadrlar var. O kadr həm gənc, həm də orta yaşlı ola bilər. Çalışırıq ki, innovativ və müasir düşüncəli kadrlar olsun”.

İ.Kərimov nazir təyin ediləndən sonra fermer və aidiyyəti qurumlarla keçirdiyi görüşlərdən sonra aşkarlanan problemlərdən də danışıb:

“Prosesin içərisindəyik, məqsədimiz problemləri eşitməkdir. Cənab prezident tərəfindən qarşımıza qoyulan əsas fəaliyyət istiqaməti fermerlərə, kəndlilərə yaxın olmaq, onların qayğısını, problemləri yerində dinləməkdir. Nazirlik olaraq həmin problemlərin həllinə çalışmaq bizim əsas işimizdir”.

Tarix
2018.05.16 / 12:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla