Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Sentyabr 2018


"200 manatlıqlar ona görə dövriyyəyə çıxdı ki…"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İri nominallı pulların dövriyyəyə buraxılması nağd pulun çəkisinin azaldılması ilə bağlıdır.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, iri nominallı pulların dövriyyəyə buraxılması tələbin artması demək deyil: "200 manatlıq pullar dövriyyənin asanlaşdırılması, dövlət xərclərinin azaldılmasına xidmət edir. 200 manat həcmcə böyük ola bilər, amma 2 pul əvəzinə 1 pul işlənəndə xərclərə qənaət etmək olur. Böyük nominallı pulların makroiqtisadi dinamika, inflyasiya ilə bağlı heç bir əlaqəsi yoxdur. Hazırda nağd pulların çəkisi çoxdur. Biz araşdırma aparmışıq və məlum olub ki, nağd pulun böyük hissəsi biznes arasında hesablaşmalarda istifadə olunur. Bu da böyük nominallı pullara ehtiyac yaradır. Dövriyyənin də azaldılması üçün böyük nominallı pullar tələb olunur. Yaxın gələcəkdə “Nağdsız Azərbaycan” adlı dövlət proqramı qəbul edəcəyik. Bu proqramını məqsədi nağd pul dövriyyəsini şərtləndirən bütün problemlərin aradan qaldırılmasıdır. Bu proqramın qəbulu ilə qarşımızda 18 sahə üzrə prioritetlərimiz var. Bank sektorunda, ödənişlərdə, institusional sahədə olan problemlərin aradan qaldırılması prioritetlər arasındadır”.

E. Rüstəmov qeyd edib ki, banklar istədiyi həcmdə 200 manatlıq əskinas sifariş verə bilərlər: “Bunun üçün banklar 0,2 faiz tarif ödəyəcəklər. Daha aşağı əskinaslar üçün isə bu tarif 0,1 faiz həddindədir”.

Tarix
2018.06.14 / 11:21
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Neftin qiymətinə təsir göstərən müqaviləyə əməl edilirmi?

Dollar krediti olanlarla bağlı qərarın – Şərhi

Neft bahalaşdı

“Əsrin müqaviləsi” imzalananda neft neçəyə idi?

Dolların bugünkü məzənnəsi

“Əsrin müqaviləsi”nə mane olanlar çox idi – Millət vəkili

Üç valyutanı birləşdirdik!

Dolların bugünkü məzənnəsi

200 manatlıq əsginazlar niyə dövriyyəyə buraxılmır?

Əmanəti “batan”lara şad xəbər: milyonlar geri qaytarılır - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla