Yuxarı

Bayram günü banklar necə işləyəcək – Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar olaraq cari ilin 15-19 iyun tarixlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Axar.az xəbər verir ki, bayram günləri ərzində ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat faydalana bilmələri üçün 22 bankın 57 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bankların Bakı şəhərində yerləşən 8 filial və şöbəsi isə 24 saat çalışacaq.

Palatanın əməkdaşlarından ibarət olan xüsusi monitorinq qrupu bayram günlərində, həmçinin fəaliyyət göstərərək yarana biləcək hər hansı problemlə əlaqədar ölkə vətəndaşlarının və qonaqların müraciətlərini qəbul edəcəkdir.

Əlaqələndirici şəxs: Azər İsgəndərov

E-mail: azar.isgandarov@fimsa.az

Mob: (+994) 55 500 82 22

Qeyri-iş günləri ərzində valyuta mübadiləsi əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirəcək bankların filial və şöbələrinin siyahısı palatanın rəsmi internet səhifəsində yerləşdirilib.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Tarix
2018.06.14 / 14:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla