Yuxarı

Azərbaycanda bu şəxslərin maaşı artdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2018-ci ilin yanvar-aprel aylarında neft və maliyyə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqıları artıb.

Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə neft sektorunda əməkhaqqı 3 226,8 manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 2,3% yaxud da 73,1 manat çoxdur.

Maliyyə sektorunda isə 1 551,8 manat təşkil edib. Beləliklə, bu sektorda çalışanların əməkhaqqılarında aylıq müqayisədə 135,4 manat və ya 9,6% artım qeydə alınıb. Rəsmi statistikaya əsasən, dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 1 389,4 manat olub, özəl sektorda isə bu göstərici 1 589,4 manat təşkil edib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5% artaraq 538,8 manata yüksəlib. Əmək haqqı neft sektorunda 3 226,8 manat, qeyri-neft sektorunda 477,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 416,7 manat, özəl müəssisələrdə isə 706,1 manat olub.

Tarix
2018.06.16 / 13:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla