Yuxarı

FES-in qərarı: dollar sürətlə möhkəmlənir – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Federal Ehtiyatlar Sisteminin (FES/FED) uçot stavkasının artırılması ilə bağlı qərarı qısa zamanda qlobal bazara təsir etməyə başladı.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, Avropa Birliyinə üzv olan bir sıra ölkələrdə müşahidə olunan siyası anlaşılmazlıqlar fonunda dəyərini itirən avro FES-in qərarından sonra daha sürətlə ucuzlaşmağa başlayıb:

“Hazırda 1 avro almaq üçün 1.16 dollardan az ödəniş etmək lazımdır. Bu, son günlər avronun məzənnəsində 2 faizə yaxın azalma, bütövlükdə isə son 2 ayda 7 faizdən çox ucuzlaşma deməkdir. Möhkəm dollar neft bazarına da təsirsiz ötüşməyib. İran ətrafındakı siyasi gərginlik və eləcə də Venesuelada hasilatın azalmasına rəğmən “qara qızıl” FES qərarından sonra dəyər itirib. Aydındır ki, OPEK-in toplantısı öncəsi neftin qiymətində kəskin dəyişiklik gözlənilməsə də, sözügedən yığıncaqda qəbul ediləcək qərarlar neft bazarında tarazlığı yenidən dəyişə bilər”.

V.Bayramov vurğulayıb ki, neftin dünya bazar qiymətinin yüksək olmasına baxmayaraq, FES-in qərarı Azərbaycan bazarına psixoloji təsirlərini saxlamaqdadır:

“Mərkəzi Bankın ”FES-in qərarının bizə birbaşa təsirlərinin olmadığını” açıqlaması əslində dolayı təsirlərin olması anlamına gəlir. FES-in qərarları istisnasız olaraq əksər dünya ölkələrinə təsir edir. Bununa belə, manatın məzənnəsi yenə də Mərkəzi Bankın mövqeyində asılı olacaq. Dollara tələbin isə daha çox avqust və dekabr aylarında yüksələcəyi gözlənilir. İlin sonuna dollara tələbin daha yüksək olacağı dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərinin olması, idxalın artması və xarici səfərlərin çoxluğu ilə bağlı olacaq. Amma yenə də son söz Mərkəzi Bankındır”.

Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin son iclasında, öncədən də gözlənildiyi kimi, FES uçot dərəcəsini 1,75-2,00% artırıb.

Tarix
2018.06.18 / 15:48
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla