Yuxarı

Türkdilli ölkələr vahid gömrük zonası yaradır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcəkdə türkdilli ölkələr üçün vahid gömrük zonasının yaradılması məsələsinə baxıla bilər.

Bu barədə Trend-ə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev deyib.

Səfir bildirib ki, Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olmasından sonra təkcə iqtisadiyyat deyil, təhsil, gənclər, idman və turizm sahələrində də bütün mümkün layihələrin reallaşdırılmasına imkan yaranacaq:

"Türkiyə Prezientinin Özbəkistana səfərindən sonra ölkə rəhbərliyi tərəfindən rəsmi Daşkəndin Türk Şurasının işində iştirakı barədə qərar qəbul olundu. Özbəkistanın Türk Şurasına üzv olması çox vacib hadisədir. Özbəkistan inkişaf dinamikası və əhalisinin sayına görə Şuranın işinə mühüm töhfə verəcək".

H.Quliyev qeyd edib ki, idxal rüsumu və kvota kimi ticarət maneələrinin azaldılması və tam aradan qaldırılması nəticəsində Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında beynəlxalq ticarətin həcmi arta bilər:

"Tariflərin azaldılması, öz növbəsində, Türk Şurasının təşəbbüsü ilə gömrük ittifaqının və ya azad ticarət zonasının yaradılması sayəsində, həmçinin praktikada geniş yayılmış beynəlxalq danışıqlar nəticəsində həyata keçirilə bilər".

Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyayev 2018-ci il aprelin 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları ilə bağlı bəyanatında ölkəsinin mənzil-qərargahı İstanbulda yerləşən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının işində iştirak etməyə başlayacağını bildirmişdi. Dövlət başçısı demişdi ki, Özbəkistan Bişkekdə Türk Şurasının növbəti iclasına qatılacaq.

Qeyd edək ki, müasir türk dövlətlərini birləşdirən Türk Şurası beynəlxalq təşkilatının əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Şura 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində yaradılıb.

Hazırda Şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.

Tarix
2018.06.18 / 18:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla