Yuxarı

Azərbaycandakı neft hasilatı ilə bağlı - ABŞ-dan proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Azərbaycanda neft və kondensat hasilatı sutkada 0,80 milyon barrel təşkil edəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin (EIA) proqnoz hesabatında deyilir.

Hesabata əsasən, 2019-cu ildə hasilat sutkada 0,78 milyon barrel təşkil edəcək.

Bununla da EIA Azərbaycanda neft və kondensat hasilatı üzrə proqnozları son hesabatla müqayisədə dəyişməz saxlayıb.

Azərbaycanda neft hasilatı bu ilin ikinci rübündə sutkada 0,81 milyon barrel, üçüncü rübündə 0,79 milyon barrel, dördüncü rübündə isə 0,77 milyon barrelə bərabər olacaq.

EIA-nın proqnozlarına əsasən neft hasilatı 2019-cu ilin birinci və ikinci rüblərində sutkada 0,79 milyon barrel, üçüncü rübündə 0,78 milyon barrel, dördüncü rübündə 0,76 milyon barrel təşkil edəcək.

Qeyd edək ki, Azərbaycanda hasil edilən neftin əsas həcmi "Azəri-Çıraq-Günəşli” dəniz yataqlarının payına düşür. Bu yataqda "Azeri Layt” növlü yüngül neft hasil olunur.

Tarix
2018.06.22 / 00:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla