Yuxarı

Neftlə bağlı böyük fırıldaq baş verdi - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya neft bazarı spekulyasiyalar üzərinə inşa edilib, qərarlar dərhal bazara təsir edir.

Axar.az xəbər verir ki, bu sözləri OPEK-in hasilatın artırılması ilə bağlı qərarının neftin qiymətinə təsiri haqda danışarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Dünya neft bazarı spekulyasiyalar üzərinə inşa edilib, qərarlar dərhal bazara təsir edir. Səbəbi isə sadədir. Dünyada hər gün ortalama 95-97 milyon barrel neft hasil olunur, amma birjalarda bu həcmdən 1000 dəfə çox fyuçer (neft alış-satış kontraktı, “kağız neft”) alınıb-satılır. Təkcə Çində kompüter arxasında oturub neft fyuçerləri alıb-satan, “forexdə treyderlik” edən 30 milyon insan var. Dünya üzrə belə fərdi treyderlərin sayı neft bazarında 120 milyon nəfərə yaxındır. Amma əsas oyunçular təqribən 100-yə yaxın böyük investisiya fondu və treyder şirkətidir. Onlar istənilən savadı az 120 milyon fərdi treyderi trollayaraq addımlar atmağa məcbur edir.

Dünən bütün günü dünyada böyük fondların və treyderlərin klassik bazar manipulyasiya əməliyyatını izlədim. OPEK və Rusiya Vyanada toplandılar, əsas məsələ hasilatı artırmaq idi. Gün ərzində vacib məmur və nazirlər sözlü müdaxilələrlə bazara yön verməyə başladılar. Günün sonunda hasilatın gündəlik 1 milyon barrel artırılacağı elan edildi. Bu fonda neftin qiymətləri 3% bahalaşdı, əslində isə tam tərsi olmalı idi. Böyük fondlar və treyderlər bazarda özündən kiçikləri yönləndirdilər, nəticədə onlar da heç nə anlamadan az miqdarda satılan fyuçerləri baha aldılar. Əsil klassik manipulyasiya baş verdi”.

N.Cəfərlinin sözlərinə görə, bu axşam OPEK və Rusiya hasilatı artırmaq qərarını rəsmən elan edəndən sonra birinci gün neftin qiymətləri kəskin enəcək:

“Böyük fond və treyderlər ötən gün balaca fondlara baha satdıqları fyuçerləri onlardan daha ucuz alacaqlar. Bu o deməkdir ki, neftin qiymətləri yaxın 10 gündə 10%-dən çox enəcək. “Brent” markalı neft isə 70 dollardan aşağı düşəcək”.

Tarix
2018.06.23 / 16:52
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla