Yuxarı

OPEK-in qərarını Bakı da dəstəklədi: sutkada 1 milyon...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. OPEK və qeyri-OPEK ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.

Energetika Nazirliyindən Axar.az-a bildirilib ki, tədbirdə iştirak edən energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, iclasda dünya neft bazarının son vəziyyəti təhlil edilib. Dünya iqtisadiyyatının inkişaf templəri, proqnozlar, neftə tələbatı əks etdirən təqdimatlar edilib. OPEK Nazirlər Şurasının 174-cü iclasının qərarını zəruri edən amillər nəzərdən keçirilib, OPEK-lə yanaşı, kartelə üzv olmayan ölkələr tərəfindən də öhdəliklərin 100 faizdən çox icrasının bazarda tələb-təklif tarazlığı üçün risklər yaratdığı qeyd edilib. Bazarda neft ehtiyatlarının azalması vəziyyətində artan tələbatın ödənilməsi üçün OPEK+ nazirlər səviyyəsindəki Monitorinq Komitəsinin Vyana razılaşması çərçivəsində neft hasilatının artırılması təklifinin qeyri-OPEK ölkələri tərəfindən qəbulunun vacibliyi bildirilib.

Görüşün yekununda OPEK ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”nə imza atılıb.

Yeni qərarı şərh edən energetika naziri Pərviz Şahbazov neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi üçün OPEK+ formatında həmrəyliyin, hasilatın artırılması tədbirlərinin də davamlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini qeyd edib: “Neft bazarının neft hasil və ixrac edən ölkələrin maraqlarına uyğun inkişafı prosesinə Azərbaycan bundan sonra da dəstək verməyə hazırdır. İndiyə kimi OPEK+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirən Azərbaycan müvafiq tədbirlərlə ölkədə hasilat həcmlərini kvotaya uyğunlaşdırmaqla ümumi prosesə öz töhfəsini verəcək.”

Qeyd edək ki, OPEK+ tədbiri çərçivəsində, dünyada ilk dəfə neftin sənaye üsulu ilə məhz Azərbaycanda çıxarıldığını təsdiqləyən Bibiheybət mədəni ərazisindəki quyunun təsvir olunduğu tablo OPEK-ə təqdim olunub. OPEK-in baş katibi Məhəmməd Barkindo Azərbaycanı neftin vətəni və dünya neft sənayesinə davamlı töhfələri olan ölkə kimi dəyərləndirib.

Quyu barədə məlumat verən energetika naziri Pərviz Şahbazov isə bildirib ki, 1846-cı ildə Bibiheybət yatağında şəkildəki bu quyunun qazılması ilə dünyada sənaye üsullu neft hasilatının əsası qoyulub. Arxiv sənədləri əsasında ilk quyunun yeri dəqiqləşdirilərək bərpa edilib. Nazir Azərbaycanın 200 ilə yaxın tarixə malik neft sənayesinin inkişaf mərhələlərindən, həyata keçirilən layihələrdən danışıb, neft ölkəsi kimi uzunmüddətli inkişafı təmin edəcək yeni tədbirlərdən bəhs edib.

OPEK+ formatında müvafiq tədbirlərdən birinin Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin təklifi bir daha diqqətə çatdırılaraq, Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin təmsilçiləri Bakıya dəvət olunub.

Tarix
2018.06.23 / 22:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla