Yuxarı

Tehrana daha bir zərbə: Fransa İran neftindən imtina etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran iyul ayında neft hasilatını 40 min barrel azaldaraq gündəlik 3,75 milyon barrelə endirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Energetika Agentliyi (BEA) yayıb. Agentlik hasilatın azalmasının əsas səbəbinin ABŞ sanksiyaları olduğunu bildirib:

“Noyabrda İranın neft hasilatına qarşı bərpa ediləcək sanksiyalar ucbatından Avropa İran neftinin alışını azaldır, Cənubi Koreya isə bu neftdən tam imtina edib. Buna rəğmən İranın neft ixracı 2017-ci ilin apreli ilə müqayisədə bir qədər çox olub (2,16 milyon barrel – red.)”.

BEA İrandan Avropa və Türkiyəyə ixracın iyunla müqayisədə iyulda 140 min barrel azalaraq, 410 min barrelə düşdüyünü bildirib. Fransaya isə tədarük tam dayanıb:

“ABŞ hökuməti Fransaya İrana qarşı sanksiyalar məsələsində heç bir güzəşt etməyəcəyini bildirdi. Əgər istisnalar olsaydı, Fransanın “Total” şirkəti İranda 4,8 milyard dollar dəyərində olan “Cənubi Pars 11” qaz layihəsində işləməyə davam edəcəkdi. İtaliya və İspaniyaya isə tədarük azalmaqda davam edir. Türkiyəyə gəlincə isə gündəlik ixracat 140 min barrel həcmində qalır”.

Məlumatda qeyd olunub ki, Avropadan fərqli olaraq, İran Asiyaya ixracatı sutkalıq 50 min barrel artıraraq 1,65 milyon barrel həcminə çatdırıb. Artıma əsas səbəb Çinin neft alışını artırması olub. Üstəlik, Hindistanın aldığı İran neftinin həcmi rekord səviyyəyə çatıb:

“Çin iyulda gündəlik 775 min barrel İran nefti alıb. Bu, iyundakı göstəricidən 120 min barrel çoxdur. Hindistan isə İrandan gündəlik 770 min barrel neft idxal edib. Bu göstərici isə iyun ayındakı göstəricidən 90 min barrel çoxdur. Yaponiyaya tədarük 50 min barrel azalaraq, 110 min barrel olub”.

BEA ABŞ-ın İrana qarşı sanksiyaların ilk mərhələsinin İran neftinin alışını çətinləşdirəcəyini qeyd edib:

“Bu sanksiyalar İranın maliyyə sektoruna yönəlib ki, bu da ölkə neftinin alışını çətinləşdirəcək. Əvvəlki sanksiyalar zamanı İran neftinin ixracı 1,2 milyon barrel azalmışdı, bu dəfə azalan həcmin daha çox olacağı gözlənilir”.

Tarix
2018.08.10 / 18:24
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla