Yuxarı

Tatarlar türkləri Krıma çağırır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tatarlar türkləri Krıma çağırır

Türkiyənin "Adali Holdinq" investisiya şirkəti Türkiyədəki Krım tatarları Assosiasiyasının dəstəyilə Krıma sərmayə yatırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə gazeta.ru saytı məlumat yayıb.

Məlumata görə, şirkət dövlət tenderlərində iştirak etmək və investisiyalar yatırmaq istəyir. Bura infrastruktur, enerji, mülkiyyət və turizm sahələri daxildir.

Qəzet bildirir ki, Rusiya Krım İşləri üzrə Nazirliyin rəsmiləri yarımadaya investisiya yatırılması imkanları barədə türk nümayəndə heyəti ilə müzakirələr aparıblar. Türk nümayəndə heyətinin tərkibində Türkiyə Krım tatarları Assosiasiyasının və "Adali" şirkətinin nümayəndələri də olub.

Rusiyanın Krım işləri üzrə nazir müavini Vadim Tretyakov da məlumatı təsdiqləyib.

Tarix
2014.09.24 / 11:39
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla