Yuxarı

Beynəlxalq Bankı almaq istəyən kimdir? – Ekspert rəyləri

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da Beynəlxalq Banka maraq göstərməkdə davam edir. Düşünürəm ki, onlar fikirlərini dəyişməyiblər. Amma EBRD rəsmiləri də ilkin şərt kimi bankın yeni biznes modelinin hazırlanması fikrini səsləndirirlər.

Axar.az xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov sentyabrın 6-da Baş nazir Novruz Məmmədovun rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı Prezident fərmanının icrası üzrə konkret tapşırıqların verildiyi iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var.

S.Şərifov bundan əvvəlki açıqlamasında deyib ki, bankın özəlləşdirilməsinə ilk növbədə məsləhətçi cəlb olunmalı, bankın biznes strategiyası hazırlanmalıdır:

“Yəni bu proseslər hələ də gedir. Potensial investorlar Bankın aktivlərini əldə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər”.

S.Şərifovun açıqlamasına münasibət bildirən “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli bildirib ki, maliyyə nazirinin adını açıqladığı ilk iddiaçı bizim tələblərimizə və arzularımıza cavab verir:

“Azərbaycanın bank bazarına yeni avropalı oyunçunun daxil olması həm də faktiki olaraq fəaliyyətləri “exchange” və lombardla məhdudlaşan bank sektorumuzun inkişafına da xidmət edər, ölkəyə yeni innovativ xidmətlər, mobil bankçılıq, distant bank xidmətləri kimi ən son yeniliklər gətirilər. EBRD tipli investorların gəlişi modern xidmətlərin tətbiqini stimullaşdıra bilər”.

Məsələ ilə bağlı danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, bu bankın özəlləşdirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin fərmanı var:

“Ona uyğun olaraq da artıq müəyyən işlər görülüb. Bir vaxtlar Beynəlxalq Bankın maliyyə vəziyyəti çox ağır idi. Amma sonra dövlətin işə qarışması ilə bu problemin həlli üçün müəyyən qədər yardımlar edildi. Bundan sonra Beynəlxalq Bankın vəziyyəti stabilləşdi və özəlləşdirməyə çıxarıldı. İndi özəlləşdirmədə kimlərin iştirak edəcəyi, kimin payı olacağı, hansı dövlətlərin bu işə maraq göstərəcəyini demək çətindir. Amma əlbəttə, istərdim ki, daha çox öz əhalimiz bu bankın səhmlərinin özəlləşdirilməsində iştirak etsin. Beynəlxalq Bank Azərbaycanda özünə yer tutmuş banklardan biridir. Avropa dövlətlərindən də banka müəyyən qədər maraq göstərilməsi normaldır. Çünki bankın faktiki olaraq, hazırda çox ciddi problemi yoxdur”.

İqtisadçı alim Vüqar Bayramov isə qeyd edib ki, Beynəlxalq Bankın özəlləşdirilməsinə Avropa kapitalının cəlb edilməsi daha məqsədəuyğun olar:

“Azərbaycanda bəzi banklarda Avropa kapitalının artmasını müşahidə edirik. Amma sözsüz, Beynəlxalq Banka Avropa kapitalının daxil olması daha vacibdir. Çünki Beynəlxalq Bank uzun müddət Azərbaycanın ən böyük bankı olub. Eyni zamanda Beynəlxalq Bankın sağlamlaşdırılması ilə bağlı dövlətimiz kifayət qədər böyük vəsait ayırıb və bu işi görüb. İndi xarici bankın, xüsusən də Avropanın tanınmış banklarının kapitalının Beynəlxalq Banka cəlb edilməısi daha məqsədəuyğundur”.

V.Bayramovun sözlərinə görə, Beynəlxalq Banka xarici, xüsusilə Avropa kapitalının cəlb edilməsi, burada şəffaflığın gücləndirməsi baxımından da önəmlidir:

“Banklarda xarici kapitalın payı çox olanda, bu, bankları daha şəffaf şəkildə fəaliyyət göstərməyə məcbur edir. O baxımdan kapital idarəetmənin qurulması, formalaşması və banklarda şəffaflığın gücləndirilməsi baxımından xarici kapitalın Beynəlxalq Banka cəlb edilməsi xeyli əhəmiyyətlidir”.

İqtisadçı vurğulayıb ki, Avropa kapitalının ölkəmizə cəlb edilməsi yeni xidmətlərin ölkəmizə transferi deməkdir:

“İnkişaf etməkdə olan ölkələr Avropa və ABŞ-dan xarici investisiyanı cəlb etməyə çalışır. Ona görə ki, bu kapital ölkəyə innovasiya, yeni xidmətlər gətirir. Azərbaycan bank sektorunun ciddi problemlərindən biri xidmətlərinin sayının məhdud olmasıdır. Avropa kapitalının cəlb edilməsi bu problemin aradan qaldırılmasına, yeni xidmətlərin bazara daxil olmasına şərait yaradacaq. Bu da bank sektorunun inkişafı və xidmətlərinin diversifikasiyası baxımından çox vacibdir”.

İqtisadçı bildirib ki, Avropa kapitalının bank bazarına daxil olması həm də banklar arasında rəqabəti gücləndirəcək:

“Banklar yeni kapital gəldikcə, güclənəcək, gücləndikcə də rəqabət artacaq. Rəqabətin güclənməsi banklara olan inamın artırılması, kredit faizlərinin aşağı salınması baxımından çox vacibdir. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) daxil olmaqla, Avropanın maliyyə qurumları Beynəlxalq Bankın özəlləşdirilməsində iştirak edərsə, bu, bank sektoru üçün müsbət mesaj kimi qiymətləndirilməlidir”.

Tarix
2018.09.11 / 12:58
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla