Yuxarı

Bakıda III Bankçılıq Forumu keçiriləcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Banklar Assosiasiyası (ABA) noyabrın 15-16-da Bakıda "Nağdsız iqtisadiyyat: ənənəvi banklardan rəqəmsal bankçılığa keçid" mövzusunda III Bankçılıq Forumunu keçirməyi planlaşdırır.

ABA-dan Axar.az-a bildiriblər ki, ikigünlük forumun məqsədi rəqəmsallaşdırma, maliyyə texnologiyaları, yeni bank məhsulları, müasir uyğunluq və risklər, məhkəmə uyğunluğu və tendensiyaların hazırkı çərçivəyə uyğunlaşdırılması, həmçinin təhlükəsizlik sahəsindəki yeni və gələcək tendensiyalar üçün platforma olmaq, eyni zamanda, müvafiq maraqlı tərəflərin hərtərəfli məlumatlandırılmasına yardım etmək məqsədilə ən yaxşı təcrübələrin mübadiləsi, maliyyə qurumları və digər şirkətlər tərəfindən uzun və ortamüddətli baxışın formalaşdırılmasına kömək etməkdir.

Forumda dövlət və nəzarət qurumlarının, maliyyə və təsərrüfat subyektlərinin, kommersiya bankları rəhbərliyinin, kommersiya və ictimai təşkilatların rəhbərlərinin, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, eləcə də digər ölkələrin müşavirliklərinin yüksək və orta səviyyəli rəhbərləri iştirak edəcək.

Forum barədə ətraflı məlumatı bu keçiddən əldə etmək olar: http://gbmevents.az/III-banking-forum/.

Tarix
2018.09.16 / 18:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla