Yuxarı

Neftin qiyməti 50 dollara enəcək - Şok səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftin qiyməti 50 dollara enəcək - Şok səbəb

Səudiyyə Ərəbistanının Neft Siyasətləri və Strateji Proqnozlar Mərkəzinin rəhbəri Rəşid Abanm bir neçə aya Asiya və Şimali Amerikaya satdığı neftin qiymətini 50-60 dollaradək endirəcəyini deyib. O, son üç ayda bareli 115 dollardan 92 dollara enən xam neftin qiymətinin yaxın aylarda daha da aşağı düşəcəyini, bunu Rusiya və İrana təzyiq vasitəsi olaraq məqsədli şəkildə etdiklərini vurğulayıb.

Analitik.az xarici mətbata itinadən bildirir ki, Rəşid Abanm İranın, Səudiyyə Ərəbistanının Asiya bazarlarında nefti ucuz satdığına dair itihamlarını qəbul etdiklərini deyib: "Şimali Amerikaya ixrac edilən neftin qiymətində də biz endirim etmişik. Neftin qiymətini endirməkdə məqsədimiz müştərilərimizi itirməmək və yeni müştərilər qazanmaqdır. Amma əsasən bu qərarımızın arxasında siyasi səbəblər durur. Gerçək səbəb Rusiya və İrana Suriya məsələsində təzyiq etməkdir. Bundan başqa, İranın nüvə layihəsi də bu qiymət endirimi qərarını reallaşdıran səbəblərdən biridir."

Rəşid Abanm onu da deyib ki, onların bu qərarına OPEK heç vaxt təsir edə bilməz: "Çünki OPEK-in qərarları tövsiyyə xarakterlidir."

Xatırladaq ki, bu il mayın sonunda ABŞ Prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanına səfərindən sonra müşahidəçilər Rusiyanın ən çox güvəndiyi neft amilinin təsirini azaltmaq üçün Qərbin hərəkətə keçdiyini açıqlamışdılar. Neftin qiymətinin aşağı düşəcəyi təqdirdə Rusiyanın valyuta ehtiyatlarında kəskin azalma ola bilər ki, bu da sanksiyalar qarşısında olan Rusiyaya ağır zərbədir.

Tarix
2014.10.09 / 22:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla