Yuxarı

ARDNŞ Gürcüstanda layihələrini dondurur?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ARDNŞ Gürcüstanda layihələrini dondurur?

Azərbaycan ölkə xaricindəki investisiya layihələrini müvəqqəti dondura bilər.

Axar.az-ın əldə etdiyi məlumata görə, hökumət Gürcüstana investisiya qoyuluşuna ara verməyi planlaşdırır. Buna səbəb dünyada neftin ucuzlaşması təhlükəsidir.

Azərbaycan son illər Gürcüstan turizminə milyardlarla investisiya qoyub, müxtəlif layihələr həyata keçirib. Eyni zamanda, başqa ölkələrdə də kapital qoyuluşu var.

Xəbərdə bildirilir ki, Azərbaycan 2008-ci ildə qlobal maliyyə böhranı yarananda da analoji addımı atmışdı, investisiya qoyuluşlarını dayandırılmışdı.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev hazırda bu planla bağlı düşündüklərinə işarə edib. O bildirib ki, əgər neftin qiyməti ucuzlaşmaqda davam edərsə, şirkət xərclərinin və kapital qoyuluşlarının azaldılması məsələsinə baxacaq.

Prezident İlham Əliyev də Nazirlər Kabinetində keçirdiyi son müşavirədə neftin ucuzlaşması probleminə toxunaraq, hökuməti buna hazır olmağa çağırmışdı.

Tarix
2014.10.12 / 14:18
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla