Yuxarı

Azərbaycanda fibro sement zavodu açılır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda fibro sement zavodu açılır

"Synergy Group"un yeni layihəsinə əsasən "Azerbaijan Fibro Cement" (AFC) zavodunda Avstriya texnologiyalarına əsaslanan tullantısız istehsal xətti qurulacaq.

Şirkətdən AzərTAc-a bildiriblər ki, müəssisədə müxtəlif rənglərdə və çeşiddə fasad və dam örtükləri, daxili arakəsmələr, döşəmə üçün nəzərdə tutulmuş fibro sement lövhələri (lifli sement lövhələri) istehsal olunacaq. Fibro sement lövhələr insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, su və nəmişlik keçirməyən, dayanıqlı, uzunömürlü, oda davamlı, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır.
AFC-nin təklif etdiyi məhsul Azərbaycanın inşaat bazarında innovativ yenilikdir. Əsas məqsəd isə bütün regionlarda dövlətin dəstəyi ilə azbest tərkibli şifer örtükləri fibro sement dam örtükləri ilə əvəz etməkdir.
Zavodun 2015-ci ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir.

Hazırda layihə çərçivəsində ilkin inşaat işlərini icra edəcək təşkilatın müəyyən olunması üçün tender təklifləri dəyərləndirilir.

Tarix
2014.10.13 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla