Yuxarı

Büdcəyə transfer artır: sanksiya bizi də vurur

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Büdcəyə transfer artır: sanksiya bizi də vurur

Gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 10.388 milyon manat (təxminən 13 milyard manat) transfer ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin büdcə layihəsində məlumat əksini tapıb. Məlumatda bildirilir ki, 2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertlər cari ilin proqnozuna nisbətən 1 milyard 51 milyon manat və ya 11,3 faiz çoxdur.

Xatırladaq ki, büdcəsi neft gəlirlərindən asılı olan ölkələr sırasında yer tutan Rusiyada da neftin ucuzlaşması ilə ehtiyat fonddan transferlər nəzərdə tutulur. Rusiyanın Maliyyə naziri Anton Siluanov neft qiymətlərinin 2015-ci ildə artmayacağı təqdirdə büdcə kəsrini qarşılamaq üçün ehtiyat fonddan 12,5 milyard dollar ayırmaq məcburiyyətində qalacaqlarını açıqlayıb. Onun sözlərinə görə, sanksiyalar dövrü üçün nəzərdə tutulan 90 milyardlıq ehtiyat fondundan bu məqsədlə istifadə ediləcək.

Yada salaq ki, Dumaya təqdim edilən dövlət büdcəsində neftin qiyməti 2015-ci il üçün 100 dollar nəzərdə tutulub, Azərbaycanda isə bu rəqəm daha sığortalıdır – 90 dollar.

Buna baxmayaraq, iqtisadçılar 90 dolların özünü belə riskli sayırlar. Çünki hazırda 85-87 dollar civarında dəyişən neftin dünya bazarındakı qiymətinin daha da aşağı düşəcəyi proqnozlaşdırılır. Bəzi beynəlxalq analitiklər ABŞ Prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanına səfərindən sonra Rusiya iqtisadiyyatını çökdürmək üçün neftin bir barrelinin 50 dollara qədər endiriləcəyi barədə razılıq əldə olunduğunu iddia edir. Bu iddiaların doğrulacağı təqdirdə dünya iqtisadiyyatında ümumi gərginlik yaşanacağından iqtisadçılar narahatdırlar.

Tarix
2014.10.15 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla