Yuxarı

“Yeltsin mağmın lider deyildi”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yeltsin mağmın lider deyildi”

"Rusiyada sistemli bank böhranı başlayıb".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Rövşən Ağayev öz Feysbuk səhifəsində çıxış edib.

O, sistemli bank böhranının əlamətlərindən birinin Rusiyada müşahidə edildiyini deyib:

"Rusiyalı analitiklər ölkələrində artıq sistemli bank böhranının başlandığını elan edirlər və yaxın dövrlərdə böhranın daha da dərinləşəcəyi qənaətindədirlər. Onları bu qənaətə gətirən əsas səbəb budur kİ, sistemli bank böhranının baş verməsinin 3 mühüm əlamətindən ən azından biri Rusiyada artıq müşahidə edilib: söhbət müştərilərin öz hesablarından böyük həcmdə vəsaitləri geri çəkmə tendensiyasının güclənməsindən gedir. Hələ bu ilin 1-ci rübündə fiziki şəxslərin depozitləri 4%-dək azalıb və bu proses son bir ayda daha da güclənib. 2-ci əlamət problemli bank aktivlərinin ümumi aktivlərə nisbətinin 10%-i ötməsidir. Artıq Rusiyada həmin göstəricinin 8%-i aşdığı bildirilir. Hələlik 3-cü əlamət - fəaliyyətdə olan bankların 10%-dən çoxunun yenidən təşkili və ya milliləşdirilməsi müşahidə edilmir. Amma böhranın dərinləşəcəyi və ömrünün uzanacağı təqdirdə bu da qaçılmaz ola bilər. Putinsevərlər bilməlidir: O, Rusiyanı çıxılmaz və uğursuz zolağa salıb. Bu adamı güclü edən 100-110 dollarlıq neft idi, onun liderlik qüdrəti yoxdur. Yeltsin mağmın lider deyildi. Sadəcə, hakimiyyətdə olduğu 10 ildə ölkəni 10-20 dollarlıq neftlə idarə elədi".

Tarix
2014.10.16 / 16:40
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla