Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Avqust 2019


Benzinin 1 dollardan yuxarı olmasının əsası var – Rəy

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Benzinin bahalaşması bu gün geniş müzakirələrə səbəb olub.

Müxtəlif təbəqələrdən olan insanlar bu məsələyə fərqli yanaşmalarını açıqlayıb. İqtisadçı ekspert Rövşən Ağayev isə benzinin qiymətini dünyadakı qiymətlərlə müqayisə edən insanların, yaxud qurumların bir neçə vacib məqama diqqət yetirməsini önəmli sayıb. Ekspert özünün "Feysbuk" səhifəsində benzinin baha satıldığı ölkələrdə xammal mənbələrinin olmamasını, əhalinin alıcılıq qabiliyyətinin yüksək olmasını xüsusi vurğulayıb:

"Dünyanın ən nəhəng neft emalı zavodlarına malik, amma özünün nefti olmayan, xammalı idxal edən 2 ölkəsində - İtaliya və Sinqapurda benzinin hər litrinin 1 dollardan yuxarı olmasının iqtisadi əsası var. Çünki onlar Azərbaycan kimi neft ölkəsindən xam neftin hər tonunu hazırda 740 dollara alır və bu qiymətə alınan xammaldan emal olunan hazır məhsulun qiymətinin baha olması iqtisadi baxımdan əsaslandırıla bilər. Azərbaycanda isə Dövlət Neft Şirkətinin neft-qaz çıxarma idarələri neft emalı müəssisələrinə xam neftin hər tonunu 56 manata (təxminən 70 dollara) - yəni xaricdəki emal zavodlarının aldığı qiymətdən 10 dəfə ucuz satır. Belə vəziyyətdə Dövlət Neft Şirkətinin az qala dünya bazar qiymətlərilə vətəndaşına benzin satmasını iqtisadi baxımdan əsaslandırmaq çətin olacaq. İndi təsəvvür edək ki, ölkə daxilində özəl bir neft emalı zavodu var - hökumət ona 56 manata xam neft satardı?"

R.Ağayevin fikrincə, əhalinin gəlirləri ilə müqayisədə Azərbaycan həmin ölkələrdən xeyli geri qalır. Bu baxımdan da qiymət artımına haqq qazandırmağı ədalətli saymır: "Əhalinin gəlrləri ilə məhsul və xidmətlərin dəyəri arasında uyğunluq - daha doğrusu, gəlirlərin real alıcılıq qabiliyyətini müqayisə edək. Norveçdə bir litr benzin 2,5 dollardı. Amma vergilər çıxıldıqdan sonra aylıq orta əmək haqqına 2200 litr benzin almaq mümkündür. Azərbaycada isə hazırki qiymət və vergilər çıxıldıqdan sonra rəsmi elan olunan aylıq orta əmək haqqına 550 litr benzin almaq olar. Bir vacib məqamı da qeyd edim. Norveçdə 2,5 dollara satılan "Avro 5" standartına uyğun benzidi, bizdə hələ hökumət indi "Avro 3"-ə keçəcəyini deyir".

Tarix
2013.12.03 / 20:26
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Mərkəzi Bank yeni məzənnəni açıqladı

BirKart-la təhsil haqqını hissə-hissə ödəmək imkanı!

Mərkəzi Bank yeni məzənnəni açıqladı

Neft bahalaşdı - Son qiymət

Bu fərman mühüm əhəmiyyət kəsb edir – İqtisadçı

ABB Goranboy və Ağstafa şöbələrini də yenilədi

Dolların bugünkü məzənnəsi

Büdcə kəsiri 667 milyonu ötdü

Mərkəzi Bank yeni məzənnəni açıqladı

Oktyabrın 1-dən onların pensiyası artacaq - Ekspert

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla