Yuxarı

Neftin kəskin ucuzlaşmasının – Səbəbi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin qiymətinin düşməsi bazarda yaranan şəraitlə bağlıdır. Hazırda bazarda kifayət qədər neft bolluğu və buna dəlalət edən sübutlar var.

Bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətindəki kəskin ucuzlaşmanın səbəbləri haqda Axar.az-a danışarkən deyib.

Ekspert bunun öz əksini OPEK-in son hesabatlarında tapdığını da vurğulayıb:

“Bunun nəticəsidir ki, cari ilin dördüncü rübü və 2019-cu ilin əvvəli üçün OPEK-in proqnozları bazar iştirakçılarının böyük təşvişinə səbəb olub. Çünki OPEK hesab edir ki, artıq 2019-cu ilin əvvəlində bazara təklif olunacaq 1,2-2 milyon barrel neft istehlak edilə biləcək həcmdən çox olacaq. Bazarda neft olduqca çoxdur”.

Ekspert dekabrın əvvəlində Vyanada keçiriləcək OPEK konfransında hasilatın azaldılması müzakirəsinin neft bazarının iştirakçıları üçün pozitiv siqnal ola biləcəyini də qeyd edib.

Qeyd edək ki, dünya birjalarında neft kəskin ucuzlaşmaqdadır. Hazırda "Brent" markalı neftin qiyməti 58,75 dollar/barrelə düşüb. Bu, son səkkiz ay ərzində müşahidə edilən ən böyük ucuzlaşmadır.

Tarix
2018.11.24 / 08:45
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla