Yuxarı

Azərbaycanın dörd günlük benzin ehtiyatı qalıb - Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın dörd günlük benzin ehtiyatı qalıb - Rəsmi

Bu, ölkədə benzinə olan tələbatın ödənilməsi məqsədi daşıyır

"Azərbaycanda baş verən iqtisadi proseslər, avtomobillərin sayının artması nəticəsində ölkədə benzinə olan tələbat daim artır".

Bunu öz açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

D.Məmmədovun sözlərinə görə, bu tələbatın orta illik artım tempi son illər ərzində 10%-dən çoxdur:

"Aydındır ki, bu şəraitdə benzin istehsalının artırılması zəruridir və bunun üçün əlavə neft həcmləri tələb olunur. Bu səbəbdən də Dövlət Neft Şirkəti gələn il özünə məxsus xam neftin ixracını tam dayandıracaq və həmin həcmi benzin istehsalına yönəldəcək".

Bununla yanaşı şirkət rəsmisi qeyd edib ki, ARDNŞ bu il ərzində neftin ixracını artıq azaldır və bunun nəticəsində daxili bazarda benzinə olan tələbat təmin olunur. Lakin eyni zamanda mövcud benzin ehtiyatlarından da istifadə olunur. Nəticədə Azərbaycanda benzin ehtiyatının həcmi cəmi 17 min tona enib ki, bu da orta hesabla təxminən daxili tələbatın 4 gün təmin edilməsinə kifayətdir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayı ərzində Azərbaycanda 1,171 mln. ton benzin satılıb və 1,170 mln. ton benzin istehsal edilib. ARDNŞ-in proqnozlarına görə, benzinə olan daxili tələbat ilin sonuna kimi təxminən 1,420 mln. tona çatacaq (APA).

Tarix
2013.12.04 / 16:39
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Azərbaycan İrana uçuşları dayandırıb?

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla