Yuxarı

Azərbaycanda bir neçə bank bağlanacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yanvar-sentyabr aylarında bank sektoru üçün maraqlı tendensiyalar müşahidə edilib".

Bu sözləri iqtisadçı ekspert Samir Əliyev öz Feysbuk səhifəsində qeyd edib.

O, Mərkəzi Bankın hesabatının nəticə etibarilə bu il ölkə bankları üçün uğurlu olmadığını deyib:

"2014-cü il ölkə bankları üçün heç də uğurlu olmadı. Mərkəzi Bankın ilin əvvəlində atdığı addımlar, o cümlədən Əmanətlərin Sığortalanması Fondunun sığortalanan əmanətlər üzrə faiz dərəcəsini azaltması maliyyə bazarına təsirsiz ötüşmədi. İstehlak kreditləşməsinin artımını məhdudlaşdırmağa yönəlik tədbirlər ciddi nəticələr vermədi. İstehlak kreditlərinin payı artmaqda davam etdi. Əksinə, ölkə üzrə kredit qoyuluşu zəifləməyə başladı. Problemli kreditlərin payı isə getdikcə artmağa başladı. Əmanətlərin faiz dərəcəsinin azalması əmanət bazarının cəlbediciliyini azaltdı və əmanət qoyuluşu azalmağa başladı. Bu prosesə "Bank of Azerbaijan" ASC-nin düşdüyü böhran daha da stimul verdi. Əmanətlərin faiz dərəcəsinin azalması kredit faizlərinə ciddi təsir göstərmədi. Əksinə, bankların qazanclarını artırdı. Təsadüfi deyil ki, bu qazanc ilin əvvəli 3,75% idisə, hazırda 5,32%-ə qalxıb.

İlin bitməsinə 2 ay qalıb. 10-a qədər bank bazarda qalmaq üçün çarpışırlar. Onların təxminən yarısı gələn ili bazarı tərk etmək məcburiyyətində qalacaq. Yenə də hər şey zamandan və aparılan danışıqların nəticəsindən asılı olacaq".

Tarix
2014.11.04 / 13:20
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla