Yuxarı

İqtisadçımız DB vitse-prezidenti ilə görüşəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya Bankı Azərbaycanın əsas tərəfdaş beynəlxalq institutlarından hesab edilir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Vüqar Bayramov öz Feysbuk səhifəsində çıxış edib.

O, Dünya Bankının vitse-prezidenti ilə görüşündə diversifikasiya məsələlərini müzakirə edə biləcəklərini söyləyib:

"Bu gün Bakıda səfərdə olan Dünya Bankının (DB) vitse-prezidenti Lora Tak ilə görüşüm olacaq. Təbii ki, dünyanın aparıcı beynəlxalq təşkilatının aparıcı şəxslərindən birinin ölkəmizə gəlməsi yüksək qiymətləndirilməlidir. Görüşdə daha çox Azərbaycan iqtisadiyyatında diversifikasiya məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Dünya Bankı Azərbaycanın əsas tərəfdaş beynəlxalq institutlarından hesab edilir. Bununla yanaşı, xarici maliyyə resurslarına ciddi ehtiyacı olmayan Azərbaycan üçün indiki mərhələdə daha çox beynəlxalq təşkilatların iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı konsaltinq xidmətindən faydalanmaqdır. Bu baxımdan, bugünkü görüşdə də məhz Dünya Bankının iqtisadi diversifikasiyanın sürətləndirilməsində rolunun artırılması, qeyri-neft sektorunda müqayisəli üstünlüklərə malik olan istiqamətlərin müəyyənləşdirilməsi və modelləşdirilməsi, eləcə də dayanıqlı inkişaf modelinin dəstəklənməsi məsələlərinə diqqət ayıracağam. Qarşılıqlı müzakirələrin və breyn stormların hər iki tərəf üçün faydalı olacağına əminəm".

Tarix
2014.11.04 / 16:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla