Yuxarı

BP prezidenti Xəzərdə yeni yatağın kəşfindən danışdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın BP neft şirkəti və onun tərəfdaşları Azərbaycanda nəhəng qaz yatağının işlənməsinə 28 milyard dollar sərmayə qoyublar və bu, yalnız başlanğıcdır.

Axar.az xəbər verir ki, bunu Blumberq-ə müsahibəsində şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bəyan edib. Onun sözlərinə görə, 2020-ci ilədək şirkət ölkəmizdə daha altı yeni kəşfiyyat quyusu qazmağı nəzərdə tutur.

Blumberq yazır: "Əgər onun ümidləri doğrulsa, şirkət təxminən "Şahdəniz" miqyasında yeni qaz yatağı kəşf edə bilər".

Qəri Counz əlavə edib ki, Azərbaycan Braziliya ilə yanaşı şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. "Bu kəşfiyyat proqramı bizim üçün mühümdür, çünki Xəzərdə böyük potensial görürük", -deyə BP-nin regional prezidenti vurğulayıb.

Blumberq yazır ki, şirkətlər, o cümlədən BP Avropa istehlakçılarının qonşuluğunda yerləşən Avrasiya regionunda kəşf olunmamış qaz yataqlarına böyük sərmayələr qoyurlar. İyun ayında BP və tərəfdaşları, o cümlədən "LUKOil" və "Petronas" "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə hasil olunmuş qazın Xəzər dənizi və Türkiyə arasında yeni boru xətti ilə tədarükünə başlayıblar. 2020-ci ildə boru xəttinin son mərhələsi başa çatdıqdan sonra mavi yanacaq Yunanıstan, Bolqarıstan və İtaliyaya da nəql olunacaq.

Counz deyib: "Məhz bu səbəbdən bizim Xəzərdə yeni yataqların kəşfiyyatı üzrə iddialı proqramımız var. Belə olan halda, biz yüzilliyin ortalarına qədər qaz tədarükünü davam etdirə bilərik".

Blumberq əlavə edir ki, "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə ildə 26 milyard kubmetr qaz hasil olunacaq ki, bu da Polşanın illik istehlakından çoxdur.

Counzun sözlərinə görə, cari ildə BP-nin qazma işləri aparacağı "Şəfəq-Asiman" qaz strukturunun ehtiyatları "Şahdəniz-2" yatağı ilə analoji ola bilər.

Tarix
2019.01.11 / 23:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla