Yuxarı

Bu, bizim tarixi uğurumuzdur - İlham Əliyev

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Qaz Dəhlizi Azərbaycana iqtisadi və maliyyə mənfəəti gətirəcək.

Axar.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Keçən ilin bir neçə önəmli hadisəsini qeyd edən dövlətimizin başçısı bildirib ki, ötən il üçüncü peyk orbitə buraxılıb və Azərbaycan kosmik dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib. “Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Bu, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu hadisə bundan sonra onilliklər ərzində Azərbaycana böyük xeyir, həm siyasi, həm də iqtisadi və maliyyə mənfəəti gətirəcək. Keçən il Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsi də işə düşdü və artıq fəaliyyətdədir. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü reallaşdı. Bu, bizim böyük uğurumuzdur, tarixi uğurumuzdur”.

Prezident qeyd edib ki, ölkəmizi nəqliyyat mərkəzinə çevirmək üçün keçən il çox önəmli hadisə baş verib. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı öz işinə başlayıb. Beləliklə, Azərbaycan tranzit ölkə kimi artıq özünü dünyada təsdiqlədi.

Tarix
2019.01.11 / 23:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla