Yuxarı

Daha bir qurum gücləndirilmiş iş rejiminə keçdi - Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəristiliktəchizat ASC yanvarın 16-dan başlayaraq ölkə ərazisində ifrat təhlükəli hidrometroloji hava proqnozu ilə bağlı gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Axar.az-a açıqlamasında Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O bildirib ki, bununla bağlı qurum rəhbərliyinin xüsusi tapşırığı olub:

“Azəristiliktəchizat ASC payız-qış mövsümünə hazırlıq çərçivəsində həyata keçirilən tədbirlərdə ən sərt qış rejimində də qazanxanalarımızın hazırlığı nəzərdə tutulub. Havanın soyuq keçməsi ilə əlaqədar rəhbərlik tərəfindən xüsusi tapşırıq verilib ki, bütün istilik sistemləri, istismar sahələri gücləndirilmiş iş şəraitində işləməli və rəhbər şəxslər növbətçilik əsasında işə nəzarət etməlidirlər. Qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların xidməti də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”.

Qeyd edək ki, bu gün axşam saatlarından başlayaraq, 18 yanvara qədər ölkə ərazisində kəskin soyuqlar və külək gözlənilir.

Tarix
2019.01.16 / 12:37
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla