Yuxarı

Builki Davosun fərqi: neft müzakirəsi niyə olmadı?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il keçirilən Davos İqtisadi Forumuna ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirləri qatılmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. O bildirib ki, bununla bağlı həmin ölkələrin nazirlikləri tərəfindən heç bir açıqlama verilməyib:

“Son vaxtlar neftin qiyməti aşağı düşməyə başlayıb. Bazarda qiymətlərin qalxması üçün hansısa müsbət siqanalların olması gözlənilirdi. Bu baş vermədiyinə görə bazar buna çox mütəhərrik reaksiyalar verir”.

ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya energetika nazirlərinin Davos İqtisadi Forumuna qatılmamasının səbəblərinə aydınlıq gətirən iqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, əslində builki Davos toplantısında ənənəvi enerji ilə bağlı ciddi müzakirələr və panellər nəzərdə tutulmayıb:

“Bundan öncəki toplantılarda təbii resurslarla bağlı ciddi panellər və müzakirələr var idi. Budəfəki Davos toplantısının mövzusu və istiqamətləri daha qlobal məsələlərlə bağlıdır. Burada süni intellektdən tutmuş idarəetmənin formaları və s. bu tipli daha texnoloji tutumlu məsələlərə yer ayrılıb. Ona görə də neft məsələsinə o qədər də ciddi maraq yoxdur”.

N.Cəfərli vurğulayıb ki, buna daha başqa bir izah da vermək mümkündür:

“Bu mənim subyektiv fikrimdir. Ənənəvi enerji qaynaqları ilə bağlı dünya yeni mərhələyə qədəm qoyur. Çünki ənənəvi enerji qaynaqları ilə bağlı məsələ artıq o qədər də aktual deyil. XX-XXI əsrin əvvəllərində ənənəvi enerji mənbələrinin tükənən nemət olduğu haqqında bir fikir formalaşmışdı. Amma son araşdırmalar göstərir ki, ənənəvi enerji mənbələri - neft, qaz nəinki tükənmir, hətta yenilənə bilir. Məsələn, 90-cı illərdə təsbit olunmuş neft yataqları ilə müqayisədə 2016-cı ildə təsbit olunmuş neft yataqları 6 dəfə çox olub. Yəni yeni neft yataqlarının tapılması, enerjinin özünü yeniləməsi bunu deməyə əsas verir ki, artıq təbii sərvətlərin tükənməsi ilə bağlı nəzəriyyə arxada qalıb. Düşünürəm ki, 2020-ci ildən sonra ümumiyyətlə, dünyanı yeni bir enerji dövrü gözləyir. Yeni texnologiyaların enerji sahəsində daha ciddi tətbiqi nəzərdə tutulur. Neft və qazın siyasi çəkisi getdikcə azalmaqdadır”.

Tarix
2019.01.23 / 15:52
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla