Yuxarı

Ekspert: “Biri çıxıb Putinə başa salmır ki…”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2 ildən sonra Şərqdə ən böyük qaz ixrac edən ölkə Avstraliya olacaq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Natiq Cəfərli öz Feysbuk səhifəsində çıxış edib.

O, dünyada qaz kəməri dövrünün bitdiyini bildirib:

"Bu gün Çinlə Rusiya arasında 17 müqavilə imzalanıb. Yaxın 5-6 ildə Rusiya Çinə ildə 80 milyard kub metr qaz satacaq. 10 ildən sonra isə 150-200 milyard kub metr qaz satmağı planlayırlar. Qazın qiymətini formul üzrə müəyyən ediblər. Çin bir hissəsini malla, bir hissəsini isə Rusiyaya verdiyi kreditlərin faizi ilə ödəyəcək, yəni Çin çox ucuz qaz alacaq. Rusiya Avropa bazarından çıxır, çıxmağa məcburdur, amma özünü daha böyük bir bəlaya salır. Dünənə qədər Qərbin xammal bazası olan Rusiya indi Çinin ucuz xammal bazasına çevrilir. Bir ağıllı adam yoxdur ki, çıxıb Putinə başa salsın - neft-qaz dövrü bitdi, enerjidən silah kimi istifadə dövrü arxada qaldı. Anlamırlar ki, 2 ildən sonra Şərqdə ən böyük qaz ixrac edən ölkə Avstraliya olacaq – ildə 100 milyard kub metrə yaxın. Özü də sıxılmış qazı tankerlərlə daşıyacaqlar, yeni borulara çəkilən xərc olmayacaq. Rusiya isə 2 iri boru xəttini Çinə çəkmək üçün 110 milyard dollar vəsait xərcləməli olacaq. Ümumiyyətlə, boru ilə qaz daşımaq erası da bitir. TANAP və TAP layihələrini bəyənsəm də, dəstəkləsəm də, anlayıram ki, 2020-ci ilə o kəmərlərin boş yatırım olma ehtimalı var. Çəkiləcək milyardlarla dollarlıq xərc özünü doğrultmaya bilər".

Tarix
2014.11.10 / 17:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla