Yuxarı

İqtisadçı evsizlikdən qurtulmağın yolunu belə görür

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yüz minlərlə insan faktiki olaraq evsiz qalıb".

Axar.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev qeyd edib.

Onun sözlərinə görə, ölkə vətəndaşlarının əsas problemlərindən biri mənzil təminatıdır:

"Azərbaycan vətəndaşının ən çox əziyyət çəkdiyi məsələlərdən biri də mənzil təminatıdır. Müşahidələrə görə, kirayədə qalan vətəndaşlar hər ay gəlirlərinin 30-70%-ni kirayəyə yönəltmək məcburiyyətində qalırlar. Elə ailələr var ki, qazancları kirayə haqlarını ödəməyə belə çatmır. Hər il 80 minə qədər yeni ailə qurulur ki, bunların ən azı yarısının evə ehtiyacı olur. Bu isə təxminən 30-40 min evsiz deməkdir. Dövlətin ipoteka proqramı isə bu tələbatın 8-10%-ni ödəyə bilir. İpoteka şərtlərinin ağırlığı bu proqramdan məhdud sayda vətəndaşın yararlanmasına imkan verir. İpoteka kreditləşməsində əsas problem ilkin ödənişin olmasıdır. Adi ipotekada ilkin ödənişin həcmi 20%, güzəştli ipotekada isə 15%-dir".

İqtisadçı ekspert əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün aşağıdakı mexanizmləri işə salmağı məsləhət görür:

1. İpoteka kreditləşməsində ilkin ödənişin aradan qaldırılması üçün İpoteka Kreditlərinin Zəmanət Fondu təsis edilməsi. Belə Fondun yaradılması ilə bağlı ölkə prezidentinin 2007-ci il tarixli Fərmanı var.

2. Tikinti əmanət bankları haqqında" Qanunun qəbulu. Qanun ölkədə alman modeli olan tikinti-əmanət banklarının yaradılmasını təmin edir.

3. Əhalinin mənzil təminatını yaxşılaşdırmaq və onların ucuz evlərə çıxışını asanlaşdırmaq üçün "Hamı üçün ev" xüsusi dövlət proqramının (2016-2020-ci illər) qəbulu. Mövcud mənzil qanunvericiliyi sosial evlərin tikintisini nəzərdə tutsa da, təcrübədə həllini tapmır. Bələdiyyələrin maliyyə vəziyyəti imkan vermir. Deməli, ümid dövlətə qalıb. Bunun üçün dövlət büdcəsində vəsait ayrılmaqla bu problemi həll etmək olar.

Tarix
2014.11.12 / 14:37
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla