Yuxarı

Baş nazir Naxçıvan reysi ilə bağlı qərarı dəyişdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 15-dən etibarən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan 2-5 yaşlı uşaqlar üçün də yeni güzəşt tətbiq ediləcək.

Nazırlər Kabinetindən Trend-ə verilən məlumata görə, hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan Azərbaycan vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərə) təsdiq olunmuş uçuş tarifi üzrə 20 manat (aeroportda hava gəmisinə xidmət xərcləri və digər əlavə xərclər nəzərə alınmaqla) məbləğində güzəşt edilir.

Bundan əlavə, I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, 5 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) həmin güzəştdən əlavə olaraq, 10 manat məbləğində də güzəşt müəyyən edilib.

Kabinetin yeni qərarı ilə isə uçuş tarifi üzrə 2 yaşından 12 yaşınadək uşaqlara 10 manat məbləğində güzəşt ediləcək.

Tarix
2014.11.12 / 17:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla