Yuxarı

Dünyanın ən varlı bankları açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən varlı bankları açıqlandı

“Brend Finans” şirkəti özünün “Bankinq 500” hesabatını dərc edib.

Axar.az xəbər verir ki, “Banker” jurnalında dərc olunan reytinq cədvəlində dünyanın ən zəngin 500 bankının adı yer alıb. Siyahıya Çinin İCBC bankı rəhbərlik edib. Bankın dəyəri 79,8 milyard təşkil edib.

Ümumilikdə siyahıda ilk dörd pilləni Çin bankları tutublar. İlk onluqda isə 5 Çin bankı, 4 ABŞ və 1 Britaniya bankı yer alıb.

Şirkət Çin banklarının ümumi dəyərinin 407 milyard olduğunu və bunun ABŞ banklarının göstəricisindən 100 milyard çox olduğunu bildirib.

Siyahıda Rusiyanı 5, Türkiyəni 9, İranı isə 1 bank təmsil edib. Bu bankların içərisində ən yüksək pilləni Sberbank tutub. Belə ki, German Qrefin bankı 20-ci pillədə qərarlaşıb. Siyahıda həmçinin VTB Bank (122), Qazprombank (210), Alfabank (286), Promsvyazbank (491) da yer alıb.

Türk banklarına gəlincə, onların sırasında ən yüksək pilləni Ziraət Bankı (146) tutub. Siyahıda Qaranti Bankı (169), İş Bankı (179), Akbank (196), Yapı Kredi Bank (237), Xalq Bank (323), Vəqf Bank (337), Dəniz Bank (352), TEB Banka (481) da yer verilib. İranı siyahıda yalnız Bank Pasarqad (256) təmsil edə bilib.

MDB ölkələrindən siyahıya Rusiyadan başqa yalnız Qazaxıstanın Halk Bankı (308) düşüb.

Tarix
2019.02.04 / 16:19
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla