Yuxarı

Dollar kəskin ucuzlaşacaq? – Ekspert rəyi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bir sıra indekslərdə azalma müşahidə olunsa və işsizlik artsa da, dolların kəskin ucuzlaşması gözlənilmir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Rövşən Ağayev deyib. Ekspert ümumiyyətlə indiki situasiyanın bir qədər fərqli olduğunu bildirib:

“İnkişaf etmiş ölkələrdə iqtisadiyyatdakı durumu bir neçə indikator əsasında dərhal qiymətləndirmək mümkündür. Belə ki, biznesin, təchizatçı menecerlərin gözlənti indeksi, sifarişlərin həcmi, işsizlik göstəricisi, sənaye məhsulu indeksləri əsasında avrozonada və ABŞ-da valyutanın durumunu müəyyən edirlər. Düzdür, ABŞ-da bir sıra indekslərdə azalma müşahidə olunur və işsizlik artır. Ancaq, bu dolların digər valyutalar qarşısında birmənalı olaraq kəskin ucuzlaşmasına gətirib çıxarmayacaq. Çünki iqtisadi zəifləmə avrozonada və Çində də müşahidə olunur”.

Ekspertin sözlərinə görə, inkişaf etməkdə olan bazarlarda, xüsusilə də Avropa və Çin iqtisadiyyatında iqtisadi göstəricilər daha yaxşı olsaydı, o zaman dolların digər valyutalar qarşısında dəyər itirməsini gözləmək olardı:

“Bir də iqtisadi böhran və iqtisadi meyillərdə kəskinləşmə baş verərsə, dollar ucuzlaşa bilər”.

Qeyd edək ki, dünya valyuta birjalarında son günlər ABŞ iqtisadiyyatına dair fundamental məlumatların açıqlanması dolların yenidən ucuzlaşa biləcəyini gündəmə gətirib.

Tarix
2019.02.05 / 16:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla