Yuxarı

Neft qiymətindəki dəyişiklik: bahalaşma, yoxsa... – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft qiymətindəki dəyişiklik: bahalaşma, yoxsa... – Ekspert

Neft qiymətləri hələ bir müddət dar çərçivədə, 60-65 dollar koridorunda olacaq.

Bu sözləri Axar.az-a neft qiymətlərinin bahalaşmasına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, buna bahalaşma demək olmaz:

“Çünki qiymət dünən də ucuzlaşmışdı. Əslində bu, dar koridorda qiymət dəyişməsidir, korreksiyadır. Neft bazarı dar koridorda var-gəl edir. Qiymətləri yuxarı, ya da aşağı çəkən ciddi faktorlar yoxdur. Bazar gözləmə mövqeyindədir. Bir çox məsələlərlə bağlı neft bazarı siqnallar, əsasən, ticarət savaşları, Breksit, Venesuela olayları, İranla bağlı xəbər axınını gözləyir”.

N.Cəfərli vurğulayıb ki, əgər anlaşmasız Breksit olsa, bu, Avropa iqtisadiyyatında və dünyada dalğalanmalara gətirib çıxaracaq:

“Nəticə olaraq neftə təlabatın azalmasını, qiymətin enməsini müşahidə edə bilərik. Yaxud Venesuelada müxalifətin tam qalib gəlməsi Qərb şirkətlərinin ölkəyə dönməsinə, hasilatın artmasına səbəb olacaq ki, bu da neft qiymətlərini ucuzlaşdıracaq”.

Qeyd edək ki, dünya bazarında bu gün “Brent” markalı neftin bir barreli 0,47 dollar qalxıb və 61,98 dollar olub.

Tarix
2019.02.12 / 15:51
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə şəxsi söhbətlər zamanı…

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla